"Kaspersky" qadağan edildi
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi, "milli təhlükəsizlik riski" olduğu üçün Rusiyanın "Kaspersky Lab" adlı şirkətinin proqramlarının Amerika federal qurumlarında istifadə edilməməsini tələb edib.
"Marja" xəbər verir ki, Rusiya şirkətinin məhsulları ilə bağlı olaraq Daxili Təhlükəsizlik Nazirinin vəkili Elaine Duke, federal qurumlara yazılı bir təlimat göndərib.
Təlimatda, "Kaspersky Lab" şirkətinin istehsal etdiyi bütün proqram təminatlarının ABŞ hökumətinə bağlı qurumlarda artıq istifadə edilməməsi tələb olunub və müvafiq şirkətin Rusiya hökuməti ilə əlaqəli olduğundan narahatlıq keçirdikləri qeyd olunub.
Nazirliyin təlimatında sözügedən şirkət məhsullarının "kompyuterdəki fayllara geniş bir şəkildə daxil ola bildiyi və məxfiliklə bağlı problemlərə səbəb ola biləcəyi" qeyd edilərək, "Nazirlik, Kaspersky rəsmiləri ilə Rusiya kəşfiyyatı və digər hökumət qurumları arasında əlaqələr olduğundan narahatdır" ifadəsi istifadə edilib.
Göstərişi həyata keçirmələri üçün təşkilatlara 30 gün vaxt verən Nazirlik, 3 aylıq müddətdə bütün Kaspersky məhsullarının sistemlərdən silinəcəyini qeyd edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trumpın kiber təhlükəsizlik sahəsindəki koordinatoru Rob Joyce, Daxili Təhlükəsizlik Nazirliyinin qərarını "risk əsaslı bir qərar" olduğunu dilə gətirib.
Məsələ ilə bağlı yazılı bir açıqlama edən Kaspersky şirkəti isə ABŞ rəhbərliyinin yeni addımını "tamamilə əsassız" olaraq səciyyələndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 39 d. əvvəl
- 51 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb







.jpg)








.jpg)








