760 milyon manatlıq satınalmalarda nöqsanlar aşkar edilib

Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindn son 2 ildə 277 satınalma keçirilmiş, həmin satınalmalar nəticəsində 757 milyon 136,3 min manat dəyərində müqavilə bağlanılmışdır. 2023-2024-cü illərdə cəmi satınalmaların 43,0%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşmüşdür.
Marja.az xəbər verir ki, bu, Hesablama Palatasının İcbari tibbi sığorta fondunun auditinin nəticələrinə dair məlumatında bildirilir.
Qeyd edilib ki, ümumiyyətlə, keçirilmiş satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin aşağı, bəzi hallarda isə çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin mallar üzrə alışların həyata keçirilməsi, bir sıra hallarda isə alınmış malların anbarda hərəkətsiz qalması, il daxilində eyni malların müxtəlif qiymətlərə alınması (bəzən eyni podratçılardan), bir sıra malların 2023-cü ildə 2022-ci ilə nisbətən və 2024-cü ildə 2023-cü ilə nisbətən əsaslandırılmamış baha alınması, tender predmetinin səmərəli və effektiv bölgüsünün uyğun aparılmaması nəticəsində xüsusən dövlət proqramları çərçivəsində dərman vasitələrinin alınması zamanı ehtimal qiymətdən və Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınması satınalmaların effektivliyini aşağı salan amillərdən olmuşdur.
Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçıların illər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinən olmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğun qurulmamış, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların 70%-i ilin son iki rübündə keçirilmişdir.
Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçün göstərilmiş əsaslar icra prosesində təsdiqini tapmamışdır. Bu isə əsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şərait yaratmışdır.
Toplanmış audit sübutları bəzi hallarda Agentlik tərəfindən tibbi alışların həyata keçirilməsi prosesində qiymətləndirmələr zamanı əsas şərtlər toplusunda göstərilməyən amillərin əsas götürüldüyünü göstərir. Bu, hüquqi aktın tələbinin pozulması ilə yanaşı, ehtiyacların ödənilməsində qənaətli hesab edilməyən yanaşmaların tətbiqi ilə nəticələnmişdir.
Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlət proqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmış vəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilində çatdırılmaması əhalinin bu mallar üzrə ehtiyac qruplarının həmin il daxilində səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırmışdır. Alışlar zamanı müvafiq podratçılara 127,6 milyon manat dəyərində malların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasında uçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinə təhvil verilmiş malların yararlılıq müddətlərinin satınalma və müqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırmışdır.
Əlavə edək ki, İcbari tibbi sığorta fondunun (Fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyan kənar dövlət maliyyə nəzarəti tədbiri 2025-ci ilin İş Planına əsasən həyata keçirilmişdir. Audit obyektləri kimi Fondun vəsaitlərini idarə edən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), eləcə də, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin təchizatı və təmiri və s. istiqamətdə tədbirləri həyata keçirən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs (Mərkəz) müəyyənləşdirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
