Milyonçu Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ

Azərbaycanda Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs həm ingilis, həm də fransızca tərcüməçi ilə təmin edilib.
Hakim yenidən təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib.
Prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama görə, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəmi üzərində həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.
F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.
Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasında köməklik etmədə ittiham olunur.
Anass Derraza ittihamın nəticəvi hissəsi tərcümə edilib, mahiyyəti izah edilib.
Hakim qeyd edib ki, DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Təqsirləndirilən müdafiəsini qurmaq üçün gələn proses ifadə vermək istədiyini bildirib.
Məhkəmə bunu təmin edilib, növbəti proses iyulun 31-i, saat 09:30-a təyin olunub.
Qeyd edək ki, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub.
İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
Qeyd edək ki, bir müddət əvvəl İnterpol Fransa Respublikasının Prezidenti Emmanuel Makronun mühafizə rəisi Aleksandr Benallanı “Qırmızı bülleten”lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.
Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.
© "Report"
Müştərilərin xəbərləri

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
5 saat əvvəl
Saxo Bank: Bir il ərzində qızılın unsiyasının qiyməti 5 min dollara çata bilər
- 6 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Kişi həmişə qabaqda getməlidi" fikirinə görə TV-yə xəbərdarlıq edildi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Əliyev və Putin Tacikistanda görüşəcək

AzVak-da yeni vakansiyalar

Nəhəng bankdan qızıl investorlarına xəbərdarlıq: "Rekordlar normal deyil, bu, bir xəbərdarlıq siqnalıdır”

Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!
