"Birləşmiş Ərəb Əmirliklərindəki təhsil şəbəkəsindən 15%-dən yüksək gəlir gözləyirik"
"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) olaraq daha yüksək gəlirli aktivlərə investisiya edirik".
Bunu açıqlamasında Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov deyib.
O bildirib ki, son dövrlər edilən investisiyalarda bu amil xüsusilə nəzərə alınıb. Bu çərçivədə, 7-8% gəlirliyi olan və uzunmüddətli dövlət təminatı olan daha az risklə səciyyələnən aktivlərə yatırım ed+6irik. Buna bu ilin may ayında 50 milyon dollar investisiya edilən Əbu-Dabidə yerləşən “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkəti də daxildir. O bildirib ki, Fond sözügedən şirkətə daha çox investiya edə bilərdi. Amma bu tipli şirkətlərin səhmlərinə tələb yüksəkdir. Fond ona görə də investisiya həcmini 50 milyon dollarla məhdudlaşdırmalı olub.
İsrafil Məmmədov həmçinin, Fondun Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “GEMS Education” təhsil şəbəkəsinə 100 milyon dollar yatırımı barədə də fikirlərini bölüşüb. O bildirib ki, bu yatırımla bağlı gözləntilər yüksəkdir.
“Fondun yatırım etdiyi “GEMS Education” 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir. Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Hazırda Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada məktəbə malik olan bu özəl təhsil şəbəkəsində dünyanın 176 ölkəsindən 170 min şagird təhsil alır. Şirkətin əhəmiyyətli dərəcədə böyük bazar payına malik olduğu BƏƏ-də yerləşən 40-dan çox məktəbində 135 mindən çox şagird təhsil alır. Bu investisiya üzrə gəlirlilik gözləntisi 15%-dən yüksəkdir. Bu isə ümumi portfelin risk gəlirlilik profili çərçivəsində kifayət qədər yaxşı göstərici hesab edilir”- icraçı direktor əlavə edib.
Xatırladaq ki, ARDNF “GEMS Education”a ötən ilin yayında yatırım edib. Sözügedən investisiya Fondun Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırım hesab olunur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 26 d. əvvəl
-
-
39 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 56 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























