Azərbaycanla Vyetnam arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Hanoyda VINEN və AZPROMO, Phong Phu Corporation və GP Cotton Holdings, Tuong Vu JSC. CO və Fresh - Meat, ANC Group MMC və 7 Center, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıb
Hanoyda Vyetnam - Azərbaycan iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu keçirilib. Biznes Şurası və Forumun açılışında Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.
Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long deyib ki, Azərbaycan Qafgaz regionunda Vyetnamın ilk strateji tərəfdaşıdır. Bu da ölkələrmiz arasında dərin siyasi etimadı və əməkdaşlıq üçün geniş potensialı əks etdirir. Vyetnamın Sənaye və Ticarət Nazirliyi və müvafiq qurumlar Azərbaycanla sıx əməkdaşlıq etməyə, şirkətlərə şərait yaratmağa hazırdırlar.
Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, yarım əsrdən artıq tarixi olan Azərbaycan-Vyetnam dostluğu, eləcə də bu ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın ölkəmizə səfəri zamanı qəbul olunmuş Birgə Bəyanatla strateji səviyyəyə yüksəlmiş münasibətlərimiz güclü iqtisadi tərəfdaşlıq üçün möhkəm baza təşkil edir. Bu əsas üzərində qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi, ticarət dövriyyəsinin, investisiya axınlarının artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Biznes Şurası və Forumu əhəmiyyətli platformalardır. Azərbaycan iqtisadiyyatının şaxələndirmə mərhələsinə qədəm qoyduğu, xarici investorlar üçün rəqabətədavamlı və sabit mühit formalaşdırıldığı vurğulanaraq qeyd edilib ki, son 20 ildə ölkə iqtisadiyyatına qoyulmuş təqribən 350 milyard ABŞ dolları məbləğində sərmayənin yarıdan çoxunun xarici investisiya olması bu etimadın bariz göstəricisidir. Bildirilib ki, sənaye parkları, azad iqtisadi zonalar, inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının Azərbaycan üzərindən keçməsi ölkəmizi geniş coğrafiyada strateji iqtisadi qovşağa və mühüm regional mərkəzə çevirib. Eyni zamanda Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyindəki rolu hazırda zəngin bərpa olunan enerji potensialı və yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişlənir.
Nazir Pərviz Şahbazov deyib: “Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həmçinin Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına çıxış üçün strateji qapıdır. Eyni zamanda, Azərbaycan şirkətləri üçün Vyetnam sürətlə inkişaf edən, innovasiyalara açıq və strateji əhəmiyyət kəsb edən Asiya bazarıdır. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edirik.”
Tədbir çərçivəsində VINEN və AZPROMO, Phong Phu Corporation və GP Cotton Holdings, Tuong Vu JSC. CO və Fresh - Meat, ANC Group MMC və 7 Center, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıb. BOEMDA ilə “ROX Group” SC arasında imzalanmış bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.
Biznes Şurası və Forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin şirkətlərinin iştirakı ilə panel müzakirələri və B2B görüşləri ilə davam edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
- 1 gün sonra
-
1 saat əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
16 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
16 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
17 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
17 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
17 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
17 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 17 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
Ən çox oxunanlar

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
