Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını kəskin artırıb
Azərbaycan üzrə fəaliyyət göstərən və AIM birjasında listinqdə olan Böyük Britaniyanın qızıl, mis və gümüş hasilatçısı "Anglo Asian Mining" (AAM) şirkəti bu ilin ilk yarısında Azərbaycanda qızıl hasilatını kəskin artırıb.
Şirkət 2025-ci ilin ilk yarısında qızıl hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıraraq 12 115 unsiyaya çatdırıb. Hesabata əsasən, cari ilin II rübündə qızıl hasilatı 6 086 unsiya təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir (II rüb, 2024: 2 438 unsiya). Şirkətin ümumi hasilatı isə 8 293 qızıl ekvivalent unsiyası olub.
Artıma əsas səbəb may ayında istismara verilmiş Gilar mədəni olub. Qeyd edilir ki, Gilar yatağından rüb ərzində 106 510 ton filiz hasil edilib. Filizin orta tərkibi 1,23 qr/t qızıl və 0,84% mis təşkil edib.
Bununla yanaşı, mis hasilatı da kəskin artaraq ilin ilk yarısında 1 188 ton olub (I yarı 2024: 100 ton). Gümüş hasilatı isə 5 dəfə artaraq 62 354 unsiyaya çatıb.
Şirkət hesabat dövründə ümumilikdə 9 781 unsiya qızıl külçəsi satıb. Satışların orta qiyməti 3 077 ABŞ dolları olub. Yarımil ərzində AAM 1,8 milyon dollar müsbət pul axını formalaşdıraraq xalis borcunu 13,0 milyon dollara endirib.
Şirkətin baş direktoru Rza Vəziri bildirib ki, Gilar mədəni istismara veriləndən sonra hasilatda əhəmiyyətli artım müşahidə olunub. Onun sözlərinə görə, yaxın aylarda Demirli yatağında da hasilat işlərinə başlanılması planlaşdırılır ki, bu da şirkətin çox-aktivli hasilatçıya çevrilməsində mühüm rol oynayacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
4 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
5 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 7 saat əvvəl
-
9 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























