Əkin sahələri üzrə sığorta ödənişlərində rekord artım – 4,4 MİLYON MANATI KEÇDİ
Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb.
Aqrar Sığorta Fondun 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən sığorta ödənişlərini açıqlayıb.
Fondun məlumatına görə, ilin ilk 6 ayında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat aqrar sığorta ödənişi həyata keçirilib.
Ötən ilin eyni dövrünə nisbətən ümumi sığorta ödənişlərində 55%, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi.
Fondun məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435 min manat sığorta ödənişindən 4 milyon 246 min manat əkin sahələri üzrə, 189 min manat sığorta ödənişi isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib.
Təqribən 17 min hektar əkin sahəsində baş verən hadisələrə görə aqrar sığorta ödənişləri ötən illə müqayisədə 90% artaraq indiyəədək ən yüksək həddə çatıb. Xatırladaq ki, 2024-cü ilin ilk yarım ilində, əkin sahələri üzrə 2,2 milyon manat sığorta ödənişi edilmişdi.
Fondun məlumatına görə, ilk yarım ildə ən böyük sığorta ödənişləri buğda-arpa (2,5 milyon manat), pambıq (577 min manat), qarğıdalı (447 min manat), günəbaxan (196 min manat) və tütün bitkiləri (174 min manat) üzrə həyata keçirilib. Bundan başqa, ilk yarım ildə meyvə bağları üzrə 170 min manata yaxın sığorta ödənişi edilib.
Yanvar-iyun aylarında ən çox sığorta ödənişi həyata keçirilən rayonlar arasında Füzuli (645,5 min manat), Ağcabədi (607,4 min manat), Tovuz (322 min manat), Tərtər (301 min manat) və
Ağsu (273 min manat) və başqalarını qeyd etmək mümkündür.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 25 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




















