SOCAR-ın əsas əməliyyat gəlirləri və ümumi mənfəəti azalıb
90 milyard manat gəlirdən 2,9 milyard manat xalis mənfəət qalıb. 90 milyard 111 milyon manat qazanıb, 87 milyard 184 milyon manatını xərcləyib.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ili 2 milyard 927 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, SOCAR-ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 854 milyon manat və ya 41,2% artıb. Xalis mənfəətin artması əsas əməliyyat gəlirlərinin artması ilə deyil, əsasən 1 milyard 970 milyon manat sair əməliyyat gəliri ilə əlaqədardır.
Marja.az SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, Şirkətin əsas əməliyyat gəlirləri 2023-cü ildə 85 milyard 201 milyon manat ikən, 2024-cü ildə 84 milyard 689 milyon manata düşüb (512 milyon manat azalıb). Satışın maya dəyəri isə 657 milyon manat artaraq 77 milyon 296 milyon manata yüksəlib. Gəlirlərin azalması, satışın maya dəyərinin isə artması ilə əlaqədar olaraq ötən il SOCAR-ın ümumi mənfəəti 1 milyard 169 milyon manat və ya 13,6% azalaraq 7 milyard 393 milyon manata düşüb.
Ötən il SOCAR-ın cəmi əməliyyat gəlirləri 90 milyard 111 milyon manat, cəmi əməliyyat xərcləri 86 milyard 272 milyon manat, əməliyyat mənfəəti 3 milyard 839 milyon manat təşkil edib. Azərbaycanın ən iri şirkəti əməliyyat mənfəətindən 912 milyon manat mənfəət vergisi ödəyib.
31 dekabr 2024-cü il tarixində SOCAR 94 milyard 701 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 71 milyard 966 milyon manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
1 saat əvvəl
DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
-
1 saat əvvəl
“Alshaya Group” şirkətinin təcrübələrinin ölkəmizə transferi müzakirə olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ
-
3 saat əvvəl
“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

AzVak-da yeni vakansiyalar
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Putin və Əliyevin görüşündə əsas bəyanatlar

Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq

Putin və Əliyev Düşənbədə görüşdülər
