Tramp Cənubi Koreya və Yaponiyaya 25 faiz gömrük rüsumları tətbiq etdiyini açıqlayıb
ABŞ prezidenti Donald Tramp Yaponiya və Cənubi Koreyaya göndərdiyi “tarif məktubları”nda avqustun 1-dən etibarən bu ölkələrdən ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya və Yaponiyanı hədəf alan tarif məktublarını "Truth" sosial media hesabında paylaşıb.
Marja.az xəbər verir ki, məktublarda Tramp, ABŞ-ın əhəmiyyətli ticarət kəsirlərinə baxmayaraq, sözügedən ölkələrlə yalnız daha balanslı və ədalətli ticarət əsasında işləməyə davam edəcəyini bildirib.
Yaponiya və Cənubi Koreya ilə ticarət əlaqələrinin qarşılıqlı olmaqdan uzaq olduğunu qeyd edən Tramp, "Buna görə də sizi dünyanın bir nömrəli bazarı olan ABŞ-ın fövqəladə iqtisadiyyatına qoşulmağa dəvət edirik" bildirib.
"İstehsal ABŞ-da olarsa, heç bir tarif tətbiq edilməyəcək"
ABŞ prezidenti Tramp avqustun 1-dən Yaponiya və Cənubi Koreyadan ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 25% rüsum tətbiq ediləcəyini açıqlayıb. Tramp qeyd edib ki, yüksək tariflərdən qaçmaq üçün başqa ölkələr vasitəsilə daşınan mallar daha yüksək tariflərlə üzləşəcək.
“Lütfən, anlayın ki, 25 faiz ölkənizlə bizim aramızda olan ticarət kəsiri bərabərsizliyini aradan qaldırmaq üçün lazım olandan çox azdır”, - Tramp bildirib.
ABŞ-da istehsal edən Yaponiya və Cənubi Koreya şirkətlərinə heç bir gömrük rüsumunun tətbiq olunmayacağına diqqət çəkən Tramp bunun üçün təsdiq proseslərini sürətləndirəcəklərini də bildirib.
"Bəlkə məktuba düzəliş etməyi düşünə bilərik"
“Hər hansı bir səbəbdən tariflərinizi artırmağa qərar versəniz, hansı dərəcəni qaldırmağınızdan asılı olmayaraq, bu dərəcə bizim tətbiq etdiyimiz 25% tariflərə əlavə olunacaq”, - deyə Tramp bildirib. "Anlayın ki, bu tariflər ABŞ-la dayanıqlı olmayan ticarət kəsirləri yaradan tarif və qeyri-tarif siyasətlərini və ticarət maneələrini düzəltmək üçün lazımdır. Bu kəsir iqtisadiyyatımız və hətta milli təhlükəsizliyimiz üçün böyük təhlükədir."
Tramp bu ölkələrlə gələcək illərdə ticarət tərəfdaşları kimi işləməyi səbirsizliklə gözlədiklərini deyib və davam edib:
"Əgər indiyə qədər bağlı olan ticarət bazarlarınızı ABŞ-a açmaq, tarif və qeyri-tarif siyasətlərinizi və ticarət maneələrini aradan qaldırmaq istəyirsinizsə, bəlkə bu məktuba düzəliş etməyi düşünə bilərik. Bu tariflər ölkənizlə münasibətlərimizdən asılı olaraq yuxarı və ya aşağıya doğru tənzimlənə bilər. ABŞ sizi heç vaxt ruhdan salmayacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 26 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanda 2 yeni data mərkəzinin tikintisi başlayıb, 2027-ci ildə istifadəyə veriləcək
-
45 d. əvvəl
Macarıstan Rusiyadan Avropa İttifaqına maye qaz tədarükünün qadağan olunması ilə razılaşıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb
-
2 saat əvvəl
Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzVak-da yeni iş elanları

Sabah gözlənilən hava şəraiti açıqlanıb

Prezident İlham Əliyev Tacikistanda səfərdədir

ADY 296 blok-qatar qəbul edib
Ən çox oxunanlar

Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı

Qeyri-neft-qaz sektorundan vergi və sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatdan çox artıb

Nuriyevdən ödənişlərdə İBAN tətbiqi çağırışı

"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı

Almaniya Temu platforması ilə bağlı araşdırmaya başlayıb
