“Bank Respublika”dan şəhid övladlarına daha bir qayğıkeş addım
Bank Respublika”nın dəstəyi ilə “Qəhrəman Övladları” Yaylaq Düşərgəsi təşkil olunduÖlkənin aparıcı və sosial məsuliyyətli banklarından biri olan “Bank Respublika”nın dəstəyi, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə 30 iyun – 5 iyul 2025-ci il tarixlərində Göygöl rayonunun təbiət qoynunda yerləşən “Xan Yurdu” etnoqəsəbəsində şəhid övladları üçün“Qəhrəman Övladları” adlı yaylaq düşərgəsi keçirildi.
Düşərgənin keçirilməsində əsas məqsəd – Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın övladlarına mənəvi dayaq olmaq, onların yay tətilini dolğun və mənalı keçirmələrinə dəstək göstərmək idi.
Düşərgədə ölkənin müxtəlif bölgələrindən olan Xüsusi Təyinatlı Qüvvələr mənsubu olan şəhidlərin 70 övladı və ailə üzvləri iştirak edib. Onlar üçün qədim türk mədəniyyətini əks etdirən alaçıqlarda yerləşmə, gündəlik qidalanma və nəqliyyat təminatı, eyni zamanda təbiət qoynunda ekskursiyalar, maarifləndirici təlimlər, ustad dərsləri, əyləncəli oyunlar və yaradıcılıq proqramları təşkil olunub.
Düşərgə boyu uşaqlar həm bir-birilə ünsiyyət qurub yeni dostluqlar qazanıb, həm də milli-mədəni irsimiz, qəhrəmanlıq ruhu və azərbaycançılıq dəyərləri ilə daha yaxından tanış oldular.
Bank Respublika illərdir həyata keçirdiyi sosial layihələrlə şəhid ailələrinin, qazilərin və onların övladlarının həyatına mənalı töhfələr verməyə, onların rifahına dəstək olmağa çalışır. “Qəhrəman Övladları” düşərgəsi isə bu istiqamətdə atılmış növbəti dəyərli addım kimi xüsusi əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)



