“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib

Müsabiqədə qalib gələn 25 iştirakçı inkişaf proqramına cəlb olunacaq
Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Nazirlik Aparatının rəhbər şəxsləri, “Yüksəliş” və “Üfüq” Karyera İnkişaf Proqramının İşçi Qrupunun üzvləri, mütəxəssislər və media nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı prioritet istiqamət olaraq müəyyən edilib. Son illərdə aqrar sahədə aparılan ardıcıl və sistemli islahatlar, müasir texnologiyaların geniş tətbiqi, infrastrukturun yenilənməsi və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafına əhəmiyyətli töhfə verir. Nazir Məcnun Məmmədov qeyd edib ki, dövlət başçısının aqrar sahəyə göstərdiyi yüksək diqqət və qayğı bu sahədə fəaliyyətin daha məqsədyönlü və sistemli təşkilini zəruri edir. Aqrar siyasətinin uğurla icrasının təkcə infrastruktur və texnologiya ilə deyil, aqrar sahədə çalışan peşəkar, savadlı və məsuliyyətli insan resursları ilə birbaşa bağlı olduğunu deyən nazir Məcnun Məmmədov əlavə edib ki, “Üfüq” Karyera İnkişaf Proqramı kənd təsərrüfatı sistemində insan kapitalının inkişafı, yeni üfüqlərin açıldığı, liderlik yolunda əhəmiyyətli addımların atıldığı bir platforma olacaq.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edib ki, “Üfüq” Karyera İnkişaf Proqramı ölkəmizdə aqrar sahədə peşəkar idarəçi, qabaqcıl mütəxəssis potensialının aşkara çıxarılması məqsədilə ərsəyə gəlmiş əhəmiyyətli təşəbbüsdür. Onun sözlərinə görə, bu müsabiqə proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, müsabiqənin bütün mərhələləri tam şəffaf və qərəzsiz şəkildə həyata keçirilib. Bu prosesdə “Yüksəliş” müsabiqəsinin artıq ölkə üzrə etibarlı və peşəkar təşkilati heyətinin iştirakı, onların illərlə formalaşmış qiymətləndirmə təcrübəsi və metodoloji dəstəyi “Üfüq” proqramına əlavə güc və keyfiyyət gətirib. Məhz bu əməkdaşlıq sayəsində iştirakçıların bilik, bacarıq və liderlik potensialı obyektiv əsaslarla qiymətləndirilib, nəticədə yüksək potensiala malik kadrlar müəyyənləşdirilib.
Tədbirdə çıxış edən natiqlər müsabiqə iştirakçılarına uğurlar arzulayıb, qaliblərin əldə edəcəyi təcrübə və biliklərin ölkəmizin kənd təsərrüfatının inkişafına layiqli töhfələr verəcəyinə əminliyini ifadə ediblər.
Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən təşkil olunan “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqədə Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda inzibati vəzifə tutan, ali təhsilli 2771 nəfər qeydiyyatdan keçib, onlardan 2327 nəfər onlayn seçim - ümumi biliklərin qiymətləndirilməsi mərhələsində iştirak edib. İkinci mərhələdə uğur əldə etmiş 1331 namizəd növbəti mərhələyə keçib. Əyani seçim, yəni qabiliyyət üzrə imtahanda iştirak edən 1124 nəfərdən 205 nəfəri final mərhələsində iştirak hüququ qazanıb.
Finalda müsabiqənin əvvəlki üç mərhələsini uğurla başa vuran 191 nəfər iştirakçı mübarizə aparıb. Müsabiqənin final mərhəsi “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.
İştirakçıların mübarizəsi müxtəlif keyslər üzərindən davam edib və onların 6 səriştəsi - liderlik, komandada işləmək, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, strateji düşünmək, nəticələrə yönəlmək və effektivliyin idarə edilməsi bacarıqları ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın kənd təsərrüfatı, insan resursları, idarəetmə və yenidənqurma sahələrini ehtiva edir.
Müsabiqənin nəticələri 3 iş günü ərzində açıqlanacaq və qalib gələn 25 iştirakçı fərdi inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və onların karyera inkişafına şərait yaratmaqdır.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
10 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
10 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
