Azərbaycandan çıxan valyutanın həcmi, daxil olan valyutanın həcmini üstələyib - KƏSİR YARANIB
Azərbaycanın I rübdə tədiyyə balansında 400 milyon dollardan çox kəsir olub.Bu ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 413 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansında 116 milyon dollar profisit olmuşdu.
Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının açıqladığı "2025-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansı"na istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ilin 1-ci rübü üzrə Azərbaycan iqtisadiyyatı üçün xarici mühit əlverişli olmuşdur. Bu dövrdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında isə 1.2 mlrd.$-lıq kəsir yaranmışdır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 0.4 mlrd.$ azalmışdır. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 2.5 mlrd.$ artaraq 73.5 mlrd.$-a çatmışdır. Bu dövrdə xam neftin orta qiyməti 74.2 $/barel olmuşdur.
CARİ BALANSDA BÖYÜK AZALMA
2025-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 1.1 mlrd.$ və ya ÜDM-in 6.5%- ni təşkil etmişdir (2024-cü ilin I rübü üzrə 1.7 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 6.8% artaraq 3.9 mlrd.$, qeyrineft-qaz sektoru üzrə
ƏMTƏƏ İXRACI
Hesabat dövründə əmtəə ixracı 0.5% artaraq 6.2 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5.5 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (5.5 mlrd.$) 3.5 mlrd.$-ı xam neftin, 1.9 mlrd.$-ı təbii qazın, 0.1 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2025-ci ilin I rübü üzrə qeyri-neft-qazixracı 11.8% artaraq 0.7 mlrd.$ olmuşdur.
ƏMTƏƏ İDXALI
2025-ci ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 7.2% artaraq 3.8 mlrd.$ təşkil etmişdir: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.6 mlrd.$ olmuş, bunun da 0.6 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 8.2% artaraq 3.3 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda: kərə yağının (43.0%); tərəvəz məhsullarının (29.9%); dənli bitkilərin (19.8%); traktorların (15.9%); minik avtomobillərinin (13.2%); ətir və kosmetik vasitələrin (8.7%); alkoqollu və alkoqolsuz içkilərin (5.6%); kağız məmulatlarının (5.1%), tütün və tütün məhsullarının (0.9%) idxalı artmışdır. Bu dövrdə, hesablama maşınlarının (38.4%); yük avtomobillərinin (24.0%); bitki yağlarının (23.2%); kommutasiya qurğularının (20.0%); sabun və yuyucu vasitələrin (13.7%); kran, klapan, boru kəməri armaturlarının (12.3%); şəkərin (6.9%); əczaçılıq məhsullarının (4.2%); metalların (2.4%); daş və şüşə məmulatlarının (0.5%) və mebel məhsullarının (0.1%) idxalı isə azalmışdır. 11 Tədiyə balansı hesabatı İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.2% təşkil edərək 0.1 mlrd.$ olmuşdur
TƏDİYƏ BALANSI NƏDİR?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.
XİDMƏTLƏR BALANDI
2025-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.7 mlrd.$-ı təşkil etmişdir. Bunun 2.7 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.0 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 36.3% artaraq 0.7 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 375.3 mln.$ olmuşdur.
Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 377.5 mln.$ olmuşdur. Qarşılıqlı xidmətlər dövriyyəsinin 26.7%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd.$ olan nəqliyyat xidmətlərinin 63.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 788.9 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 460.6 mln.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 23.3%, idxalı isə 4.9% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 17.8% artaraq 328.3 mln.$ 12 Tədiyə balansı hesabatı olmuşdur. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin I rübündə 278.7 mln.$-ı təşkil etmişdir.
2025-ci ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 8.8% artaraq 751.9 mln.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (380.5 mln.$) idxalı (371.4 mln.$) üstələməsi nəticəsində 9.1 mln.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 371.4 mln.$ olmuşdur. Bunun 79.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 0.4 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 61.0% artaraq 0.5 mlrd.$ olmuşdur.
Ehtiyat aktivləri - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər
Cari əməliyyatlar balansı - Cari əməliyyatlar balansına ölkənin i) xarici ticarət balansı, ii) xidmətlər balansı, iii) ilkin gəlirlər balansı, iv) təkrar gəlirlər balansı daxildir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
5 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























