İran və İsrail arasında gərginlik fonunda qızıl rekord həddə yaxınlaşır
İnvestorların təhlükəsiz sığınacaqlara axını ilə qızıl rekord həddə yaxınlaşıb.Qızılın qiyməti rekord həddə çatıb, çünki İsrail və İran arasında artan münaqişə investorları təhlükəsiz aktivlərə üz tutmağa sövq edir.
Marja.az xəbər verir ki, qiymətli metal 0,6% bahalaşaraq bir unsiya üçün təxminən 3450 dolları görüb ki, bu da apreld rekord göstəricidən təxminən 50 dollar aşağıdır.
Geosiyasi risklərin qəfil artması, əsasən ABŞ Prezidenti Donald Trampın aqressiv tarif siyasətinin qlobal iqtisadi artıma yaratdığı təhdidlərdən qaynaqlanan qeyri-müəyyən vəziyyəti daha da pisləşdirib. Qızılın 2025-ci ildə 30%-dən çox bahalaşacağı gözlənilir. Mərkəzi bankların dollardan uzaqlaşaraq ehtiyatlarını diversifikasiya etmək səyləri də bu yüksəlişdə böyük rol oynayır.
"Qiymətlər hələ də rekord həddə çox yaxındır və geosiyasi vəziyyəti nəzərə alsaq, gərginliyin hər hansı eskalasiyası qiymətləri yüksəldəcək. Qızıl bu yaxınlarda etibarlı sığınacaq kimi çox yaxşı çıxış etdi və görünür, bir çox investorlar ABŞ istiqrazlarından çıxaraq uzun müddətə qızıla keçirlər", - "Guardian Gold"ın analitiki Con Feeney bildirib.
Qızıl qiymətləri ötən cümə günü 1,4% artıb. Bu, investorların zəif ABŞ inflyasiya və məşğulluq məlumatlarından sonra Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini aşağı salacağı gözləntilərini gücləndirməsi ilə də əlaqədardır. Aşağı faiz dərəcələri faiz ödəməyən qızılı daha cəlbedici edir.
Bakı vaxtı ilə saat 10:44-ə olan məlumata görə, qızıl 3441,35 dollar olub. Bloomberg Dollar Spot İndeksi keçən həftə 0,8 faiz ucuzlaşdıqdan sonra 0,1 faiz artıb. Gümüş bir qədər azaldı, platin və palladium yüksəldi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Gümüş, mis və litium ehtiyatlarına malik olan Argentina “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır
-
14 saat əvvəl
"ABB Invest"in Baş icraçı direktoru bazarın inkişafı üçün fikirlərini bölüşdü
-
14 saat əvvəl
İllik 18% gəlirlilik təklif edən istiqrazlara 50 investordan 50 sifariş
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Ehtiyac meyarı artır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gümüş, mis və litium ehtiyatlarına malik olan Argentina “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır
Ən çox oxunanlar
Hindistanda iddialı çip hədəfi
"BFB yeni interaktiv statistik platforma təqdim edəcək"
Nvidia güclü nəticə ortaya qoydu, səhmləri daha da bahalaşdı
"Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq"
Noyabrın 21-də gözlənilən hava şəraiti













.jpg)













