May ayında qlobal ərzaq qiymətləri azalıb
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayında qlobal ərzaq qiymətlərinin taxıl və şəkərin qiymətlərinin düşməsi nəticəsində 0,8 faiz düşdüyünü bildirib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı açıqlamaya görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 127,7 bənd təşkil edib.
Qeyd edək ki, indeks Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında özünün rekord səviyyəsindən 20 faiz aşağıdır.
Marja.az FAO-nun açıqlamasına istinadən xəbər verir ki, qlobal ərzaq qiymətləri indeksi may ayında taxıl və şəkərin qiymətlərinin düşməsilə əlaqədar azalıb.
Bitki Yağı Qiyməti İndeksi Cənub-Şərqi Asiyada mövsümi istehsal və ehtiyat artımı səbəbiylə aylıq müqayisədə 3,7 faiz azalsa da, indeks əvvəlki ilin səviyyəsindən 19,1 faiz yuxarı qalıb.
Taxıl Qiymətləri İndeksi qlobal qarğıdalı qiymətlərinin kəskin azalması səbəbindən aylıq 1,8 faiz, illik isə 8,2 faiz azalıb.
Argentina və Braziliyada güclü məhsul və bol tədarük, eləcə də ABŞ-da rekord məhsul gözləntiləri qiymətlərə təsir edib. Qlobal tələbin zəifləməsi və şimal yarımkürəsində məhsul şəraitinin yaxşılaşması səbəbindən buğda qiymətləri aşağı düşüb.
Bunun əksinə olaraq, düyü qiymətləri güclü tələb və məzənnə dəyişikliyi ilə 1,4 faiz artıb.
Şəkər Qiyməti İndeksi qeyri-müəyyən qlobal iqtisadi mənzərə, qida və içki sənayesindən zəif tələb səbəbiylə ardıcıl üçüncü aylıq enişlə 2,6 faiz azalıb. İllik müqayisədə indeks 6,6 faiz azalıb.
Eyni dövrdə FAO Süd Məhsullarının Qiymətləri İndeksi Asiyadan gələn güclü tələb ilə əlaqədar olaraq 0,8 faiz artıb. Kərə yağının qiyməti tarixi ən yüksək həddə qalıb.
"Beynəlxalq kərə yağının qiymətləri, Avstraliyada yüksək süd tədarükü fonunda Asiya və Yaxın Şərqdən artan güclü tələbin təsiri ilə tarixi ən yüksək səviyyələrdə qalıb. Bununla belə, Avropa İttifaqından yağa tələbatın azalması qiymət artımlarını məhdudlaşdırıb", - FAO-nun bəyanatında deyilir.
Ət Qiyməti İndeksi də may ayında 1,3 faiz artıb, qlobal mal-qara ətinin qiymətləri güclü qlobal tələb və əsas istehsalçı ölkələrdə məhdud ixrac edilə bilən təklif səbəbindən bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
20 d. əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
-
27 d. əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 35 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
1 saat əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
1 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Son Xəbərlər

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
Ən çox oxunanlar

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
