KİV: Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsi barədə göstəriş verib
Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsi barədə göstəriş verib.
Bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Ötən həftə Ağ Evin mətbuat katibi Karolin Livitt dövlət departamentinə, xəzinədarlıq departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün bütün səyləri dayandırmağı tələb edən direktiv göndərib.
Nəticədə ABŞ prezidenti Donald Trampın İrana maksimum təzyiq göstərmək kampaniyası faktiki olaraq dalana dirənib.
Livittin müavini Anna Kelli nəşrə verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib, lakin sanksiyalarla bağlı istənilən yeni qərarın ya Ağ Ev, ya da müvafiq departamentlər tərəfindən elan ediləcəyini bildirib.
Qəzet qeyd edib ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana qarşı məhdudiyyətlər tətbiq edib, o vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.
Bununla belə, neft satışı və dondurulmuş İran aktivləri ilə bağlı əsas məhdudiyyətlərin qüvvədə qalacağı gözlənilir. Lakin Tramp administrasiyasının bəzi rəsmiləri fasilənin müddəti və əhatə dairəsi ilə bağlı aydınlığın olmamasından narahatdırlar. Bəzi rəsmilər hesab edir ki, bu yanaşmanın məqsədi İranın nüvə proqramı ilə bağlı incə danışıqlar fonunda gələcək məhdudiyyətləri diqqətlə nəzərdən keçirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















