İlk rübdə Gəncədə 124 ədəd traktor, 6 ədəd MAZ yük avtomobili istehsal edilib
2025-ci il yanvar-mart aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 150 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 30,5 milyon manatı, yaxud 20,3 faizi dövlət sektorunun sənaye müəssisələri, 119,5 milyon manatı, yaxud 79,7 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 118,9 milyon manatı, yaxud 93,5 faizi qeyri-dövlət sektoruna aid olmaqla 127,2 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 35,3 milyon manat qida məhsulları istehsalı, 4,8 milyon manat içki, 65,9 milyon manat metallurgiya sənayesi məhsulları, 8,3 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 12,9 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-mart ayları ərzində 23,6 min ton un, 56,8 min dekalitr araq, 26,2 min dekalitr şərab, 124 ədəd traktor, 6 ədəd MAZ yük avtomobili, 3561,3 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 3604 ədəd elektron, 111893 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci il yanvar-mart ayları ərzində 15,8 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 6,5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
33 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)














