"AzerGold"a əlavə maya yatırılır - Kapitalı 5 dəfəyə yaxın artırılır
"AzerGold" QSC-nin nizamnamə kapitalının 216,3 milyon manat və yaxud 4,5 dəfə artırılaraq 62 milyon manatdan 278,3 milyon manata çatdırılması planlaşdırılır.
Məlumata görə, kapital artımı səhmdar cəmiyyətinin dövriyyədə olan 2 milyon manat ədəd səhminin nominal dəyərinin 31 manatdan 139,15 manata çatdırılması hesabına baş tutacaq.
Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
© "Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 16 d. əvvəl
- 35 d. əvvəl
-
41 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 42 d. əvvəl
- 45 d. əvvəl
-
14 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
14 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
15 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
15 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
Ən çox oxunanlar
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























