“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2092$-a kimi 2% bahalaşsa da, bazar ertəsi yeni həftəyə 1.1998$-a kimi ucuzlaşmaqla başlayıb. Maliyyə bazarlarında Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini dayandıra biləcəyi gözləntiləri, avronun bahalaşmasına təsir edir. Lakin digər tərəfdən Amerika Mərkəzi Bankının (FED) da sərt monetar siyasətinə davam edə biləcəyi gözləntiləri, məzənnəyə təzyiqləri artırmağa başlayıb. Beləliklə, avro/dollar cütlüyünün qiyməti 1.1997$-ın altında qalarsa, 1.1939 və 1.1845$-a kimi də ucuzlaşa bilər.
Eyni zamanda, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq, ABŞ-ın inflyasiya səviyyəsi də bu həftə məzənnəyə güclü təsir edəcək hadisələr arasındadır.
GBP
Böyük Britaniya maliyyə bazarlarında da keçən həftə 1.32$-a kimi bahalaşan GBP/USD məzənnəsinin, 1.3223$-ın altında qaldıqca, yenidən 1.3035$ və 1.2918$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Bu həftənin çərşənbə axşamı saat 12:30-da açıqlanacaq İngiltərənin inflyasiya göstəriciləri və cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı da investorlar tərəfindən böyük maraqla gözlənilən xəbərlər arasındadır.
TRY
Türkiyə valyuta bazarlarında türk lirəsi gözlənildiyi kimi 3.40TL-ə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Qiymət bu səviyyənin altında qaldıqca, yenidən 3.44TL-ə kimi ucuzlaşa bilər.
Bazar ertəsi saat 11:00 və cümə axşamı saat 15:00-da müvafiq olaraq açıqlanacaq, Türkiyənin iqtisadi inkişaf və inflyasiya göstəriciləri də bu həftə məzənnəyə güclü təsir edəcəkdir.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə 54.74$-a kimi dəyər qazandıqdan sonra 53.44$-a kimi ucuzlaşıb. Qiymətin texniki mənzərəsi üzrə təhlillər isə onu göstərir ki, qiymət gələcək günlər ərzində də 54$-a ticarət edilməyə davam ediləcək.
GOLD
Dünya birjalarında FED-in faiz artımı üzrə gözləntilərin qismən artması, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin 2% ucuzlaşmasına təsir edib. Təhlillərə əsasən, maliyyə bazarlarında qızıl qiymətləri 1348$-ın (43.2 $/qram) altında qaldıqca, ucuzlaşması 1323$-a (42.4 $/qram) kimi də sürətlənə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
2 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
2 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















