Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: 10 milyon dollarlıq kredit sazişi imzalanıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
"Unibank"ın yaydığı məlumatda bildirilir ki, yerli valyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək.
"Bu əməkdaşlıq AYİB ilə Unibank arasında tərəfdaşlığın bərpasını ifadə etməklə yanaşı, Azərbaycanda özəl sektorun inkişafı üçün əhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın məqsədi güclü və çevik maliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-ların rəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir," - məlumatda deyilir.
Kredit vəsaitinin ayrılması ilə bağlı imzalanma mərasimində bildirilib ki, AYİB bununla yanaşı, “Unibank”ın MKOB-lar üzrə kredit strategiyası, məhsulları və monitorinq mexanizmlərinin inkişafına dəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekoloji və sosial idarəetmə sisteminin formalaşdırılması da nəzərdə tutulur.
“Unibank”ın İdarə Heyəti sədrinin müavini Heybət Qədirov bildirib: “Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Unibank arasında əməkdaşlığın tarixi uzun illərə dayanır. Biz çox məmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. Unibank olaraq KOB sektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımı prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu əməkdaşlıq bizə sahibkarlara daha çox maliyyə dəstəyi göstərmək imkanı yaradacaq. Cəlb olunan vəsait “Unibank”ın KOB kreditləşməsi üzrə strategiyasını daha da gücləndirəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək.”
AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze bildirib:
“Unibank kimi sistem əhəmiyyətli bir maliyyə tərəfdaşımızla əməkdaşlığımızı yenidən başlatmaqdan məmnunuq. Bu kimi razılaşmalar ölkə iqtisadiyyatı üçün olduqca önəmlidir. Təqdim olunan bu maliyyə paketi ilə biz həm yerli bizneslərin inkişafına dəstək oluruq, həm də ölkənin maliyyə sektorunun kreditvermə potensialını gücləndiririk.”
"Unibank KB" ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrli bank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində tanınan Unibank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etməklə yerli bizneslər üçün yeni imkanlar yaradır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Azərbaycanda aparıcı institusional investorlardan biri olmaqla, bu günədək ölkə üzrə demək olar ki, 200 layihəyə 4 milyard avroya yaxın sərmayə qoyub. Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun və yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 20 d. əvvəl
- 39 d. əvvəl
-
45 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
14 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
14 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
15 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
15 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
Ən çox oxunanlar
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























