"Premium Bank" nizamnamə kapitalını artırdı!
"Premium Bank" ASC-nin səhmdarları Bankın maliyyə dayanıqlığının yüksək səviyyədə olmasını, strateji hədəflərə nail olmasını daim diqqət mərkəzində saxlayır.
Marja.az-ın əldə etdiyi məlumata görə, bu çərçivədə "Premium Bank"ın nizamnamə kapitalı artırılıb.
Belə ki, Bank əlavə olaraq nominal dəyəri 154 manat olan 129870 ədəd adi səhm emissiya etmiş və bununla da nizamnamə kapitalını 19 milyon 999 min 980 manat artıraraq 174 milyon 601 min 350 manata çatdırb.
Xatırladaq ki, Mərkəzi Bankın prudensial normativi ilə bankların minimum məcmu kapital tələbi 50 milyon manatdır.
Qeyd edək ki, ötən il "Premium Bank" ASC-nin İnkişaf strategiyası da yenilənib. Strategiyaya əsasən Bank daha çox riteyl (pərakəndə) bankçılığı fokuslanır. Həmçinin, rəqəmsal xidmətlərə investisiyanın artırılması, rəqabətə davamlı və çevik yeni bank məhsullarının əhaliyə təqdim edilməsi prosesi icra edilir. Yeni Strategiya üzrə aparılan işlərin nəticəsi olaraq “Premium Bank”ın istehlak kreditləri portfeli artıb. Belə ki, 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə "Premium Bank" istehlak kreditləri portfeli 3 milyon 778 min manat və ya 9,3% artaraq 31 mart 2025-ci il tarixində 44 milyon manata çatıb."Premium Bank" ASC 2025-ci ilin 1-ci rübünü 1 milyon 582 min manat xalis mənfəət ilə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)






.jpg)


