Google-un ana şirkəti Alphabet-in gəliri artıb
Google-un ana şirkəti Alphabet-in gəliri bu ilin yanvar-mart dövründə 12 faiz artıb.Alphabet 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Alphabet-in ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 90,2 milyard dollar təşil edib. Şirkət 2024-cü ilin birinci rübündə 80,5 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 46 faiz artaraq 34,5 milyard dollar olub. “Alphabet” ötən ilin birinci rübündə 23,7 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin yanvar-mart dövründə 1,89 dollar olan səhmbaşına qazancı bu ilin eyni dövründə 2,81 dollara yüksəlib.
Alphabet-in gəliri və qazancı bazar gözləntilərini (proqnozlarını) üstələyib.
Alphabet-in Baş direktoru Sundar Pichai, sağlam böyümə və sürəti əks etdirən güclü birinci rüb nəticələrindən məmnun olduqlarını bildirib.
Süni intellektə yanaşmalarının bu böyümənin əsasını təşkil etdiyini vurğulayan Pichai, "Bu rüb, performansda inqilab edən və gələcək innovasiyalarımız üçün fövqəladə təməl qoyan ən ağıllı AI modelimiz Gemini 2.5-i təqdim edərkən çox həyəcanlı idi" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)




