Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Beynəlxalq birjalarda iqtisadi qeyri-müəyyənliyin davam etməsi fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam edir, qızıl isə tarixi rekord həddini bir daha yeniləyib.
Ötən gün EUR/USD cütlüyü 1.15720 səviyyəsinə qədər bahalaşdıqdan sonra 1.14800 səviyyəsinə qədər ucuzlaşıb. Lakin, bugün səhər saatlarında məzənnə itirdiyi mövqeləri qismən bərpa edərək 1.15400 səviyyəsinə qədər yüksəlib. USD/JPY cütlüyü eniş tendensiyasını davam etdirir və artıq 140.070 həddinə qədər ucuzlaşıb. Bu, 2024-cü ilin sentyabr ayından bəri ən aşağı göstəricidir.
Qızılın dəyəri 3494$-a qədər bahalaşıb və tarixi rekor həddini yeniləyib. “Brent” markalı neftin bir bareli 65$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır. Hazırda ”qara qızıl” 65.80$-a ticarət olunur. “Bitcoin” isə artım tendensiyasını davam etdirir. Kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası 7 aprel 2025-ci il tarixində 74350$ səviyyəsinə qədər ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və hazırda 88100$-a ticarət olunur.
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauela təzyiqləri artırır, FED-dən faiz dərəcələrini dərhal endirməyi tələb edir. “Truth Social” platformasında prezident Paueli “böyük uğursuz” (major loser) adlandıraraq bildirib ki, əgər FED faizləri dərhal (NOW) endirməzsə, ABŞ-da iqtisadi aktivlik zəifləyə bilər. Ötən həftə Tramp Paueli “Cənab Çox Gec” adlandıraraq FED rəhbərinin hər zaman pul siyasətini yumuşaltmaqda gecikdiyini söyləmişdi. Pauell isə bundan az əvvəl bildirmişdi ki, Tramp tərəfindən tətbiq olunan idxal tarifləri ABŞ iqtisadiyyatının artım tempini zəiflədə və inflyasiyanı sürətləndirə bilər, lakin FED hələlik müdaxiləyə hazır deyil və monetar siyasət parametrlərində düzəliş etməzdən əvvəl daha aydın mənzərə gözləmək niyyətindədir.
Mart ayında Yeni Zelandiyanın Ticarət Saldosu aylıq ifadədə 970 milyon Yeni Zelandiya dolları həcmində artıb. Yaponiya Bankının təqdim etdiyi məlumatlara əsasən isə ölkədə İstehlak Qiymətlərinin Baza İndeksi illik ifadədə 2.2% təşkil edib.
Bugün Bakı vaxtı ilə saat 18:00-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq əsas xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















