"PAŞA Bank"ın cəmi aktivləri 8 milyard 250 milyon manata yaxınlaşıb
"PAŞA Bank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 44 milyon 17 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 51 milyon 123 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 106 min manat və ya 16,1% azalıb. Ötən ilin ilk rübündə Bankın xalis mənfəətinin daha yüksək olmasının səbəbi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin qayıtması idi.
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk rübündə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 213 milyon 771 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 152 milyon 401 min manat, əməliyyat mənfəəti 61 milyon 372 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 138 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 12 milyon 217 min manat mənfəət vergisi ödəyib.
2024-cü ilin 1-ci rübündə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri 196 milyon 102 min manat, cəmi əməliyyat xərcləri 131 milyon 825 min manat, əməliyyat mənfəəti 64 milyon 277 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 6 milyon 673 min manat mənfəətə əlavə olunmuşdu. Bank 70 milyon 950 min manat mənfəətindən 19 milyon 827 min manat vergi ödəmişdi.
"PAŞA Bank"ın cəmi əməliyyat gəlirlərinin 17 milyon 669 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 20 milyon 576 min manat artıb. Xərclərdəki artımın məbləği gəlirlərdəki artımın məbləğindən daha yüksək olduğu üçün "PAŞA Bank"ın əməliyyat mənfəəti 2 milyon 907 min manat azalıb.
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "PAŞA Bank"ın cəmi aktivləri 27 milyon 934 min manat artaraq 31 mart 2025-ci il tarixində 8 milyard 248 milyon 112 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 17 milyon 557 min manat azalaraq 3 milyard 285 milyon 720 min manata düşüb. O cümlədən, "PAŞA Bank"ın biznes kreditləri portfeli 23 milyon 899 min manat azalaraq 2 milyard 979 milyon 88 min manata, istehlak kreditləri portfeli 1 milyon 728 min manat azalaraq 88 milyon 716 min manata düşüb, ipoteka kreditləri portfeli isə 8 milyon 70 min manat artaraq 217 milyon 916 min manata yüksəlib.
İlk rübdə "PAŞA Bank"ın qiymətli kağızlara investisiyaları 322 milyon 206 min manat artaraq 2 milyard 171 milyon 617 min manata, banklar və digər maliyyə institutlarındakı depozitləri 54 milyon 76 min manat aratarq 1 milyard 302 milyon 474 min manata, banklar və digər maliyyə institutlarına verilən kreditlər isə 35 milyon 171 min manata artaraq 164 milyon 435 min manata çatıb.
Qeyd edək ki, "PAŞA Bank" aktivlərinin həcminə görə, Azərbaycanda 3-cü böyük bankdır. Aktivlərinin həcminə görə, "ABB" ASC 1-ci, "Kapital Bank" ASC isə 2-ci yeri tutur.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
2 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
3 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
3 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
3 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
Ən çox oxunanlar
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb













.jpg)









