“Premium Bank”ın istehlak kreditləri portfeli artıb
"Premium Bank"ASC 2025-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə 203 min manat artaraq 11 milyon 846 min manat təşkil edib.
"Premium Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə 248 min manat artaraq 8 milyon 964 min manat təşkil edib.
FAİZ GƏLİRLƏRİ ARTIB
2024-cü ilin ilk rübü ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Premium Bank"ın faiz gəlirləri 1 milyon 10 min manat və ya 12,9% artaraq 8 milyon 851 min manat, xalis faiz gəlirləri də 1 milyon 11 min manat və ya 20,4% artaraq 5 milyon 975 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ SABİTDİR
"Premium Bank"ın əməliyyat mənfəəti 2024-cü ilin birinci rübündə 2 milyon 927 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 2 milyon 882 min manat təşkil edib. Bank 2025-ci ilin ilk rübündə əməliyyat mənfəətindən 1 milyon 301 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə və ya 944 min manat çoxdur.
1,6 MİLYON MANATA YAXIN XALİS MƏNFƏƏT
"Premium Bank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar-mart) 1 milyon 582 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 2 milyon 570 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması Bankın gələcəkdə baş verə biləcək zərərləri ödəmək üçün yaradılan ehtiyata daha çox ayırma etməsilə əlaqədardır. Bu ayırma Bankın maliyyə dayanıqlılığı baxımdan vacibdir.
BANK BÖYÜYÜB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Premium Bank"ın cəmi aktivləri 26 milyon 187 min manat və ya 4% artaraq 667 milyon 79 min manata çatıb. O cümlədən, cəmi aktivlərin 464 milyon 680 min manatını kredit portfeli (müştərilərə verilmiş kreditlər) təşkil edib.
İSTEHLAK PORTFELİNİ ARTIRMAĞA FOKUSLANIB
"Premium Bank" 2023-2025- ci illər üzrə strategiyasına uyğun olaraq korporativ bankçılıqdan riteyl (pərakəndə) bankçılığa fokuslanır və bunun nəticəsi olaraq Bankın istehalk kreditləri portfeli artır. Belə ki, 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə "Premium Bank" istehlak kreditləri portfeli 3 milyon 778 min manat və ya 9,3% artaraq 31 mart 2025-ci il tarixində 44 milyon manata çatıb.Bankın biznes kreditləri portfeli isə 5 milyon 325 min manat azalaraq 344 milyon 812 min manata düşüb. "Premium Bank"ın ipoteka kreditləri portfeli isə demək olar ki, dəyişməz qalıaraq, 31 mart 2025-ci il tarixində 75 milyon 417 min manat təşkil edib.
BANKDA DEPOZİTLƏR ARTIB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Premium Bank"ın cəmi depozit portfeli 23 milyon 848 min manat və ya 5,2% artaraq 486 milyon 857 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 26 milyon 97 min manat və ya 8,9% artaraq 318 milyon 151 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
6 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
7 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
.jpg)











.jpg)




