"Ziraat Bank Azərbaycan" 2025-ci ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb
"Ziraat Bank Azərbaycan" xalis mənfəət ilə fəaliyyət götərməkdə davam edir.Türkiyə kapitallı "Ziraat Bank Azərbaycan" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 3 milyon 572 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 4 milyon 349 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 777 min manat və ya 17,9% azalıb.
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəətinin azalması xərclərinin daha çox artması, əsasən də depozitlər üzrə faiz xərclərinin, əməkhaqqı xərclərinin və digər bir sıra xərclərin artması ilə əlaqədardır. İlk rübdə "Ziraat Bank Azərbaycan"ın kredit portfeli böyüyüb, gəlirləri artıb.
"Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2025-ci ilin ilk rübündə 2024-cü ilin ilk rübü ilə müqayisədə 3 milyon 612 min manat və ya 23,5% artaraq 18 milyon 948 min manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2025-ci ilin ilk rübündə 2024-cü ilin ilk rübü ilə müqayisədə 3 milyon 904 min manat artaraq 12 milyon 869 min manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat xərclərindəki artım cəmi əməliyyat gəlirlərindəki artımı üstələdiyi üçün əməliyyat mənfəəti cüzi (292 min manat) azalıb.
Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib və mənfəətdən vergi ödəyib.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Ziraat Bank Azərbaycan"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin sonu ilə müqayisədə ilk rübdə 45 milyon 7 min manat artaraq 31 mart 2025-ci il tarixində 574 milyon 721 min manata çatıb.
"Ziraat Bank Azərbaycan" 31 mart 2025-ci il tarixində 909 milyon 242 min manat cəmi aktivlərə malik olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)






.jpg)



