Qızılın qiymətlilə bağlı proqnoz yeniləndi - 4000 DOLLAR!
Goldman Sachs, risklər artdıqca, 2026-cı ilin ortalarında 1 unsiya qızılın qiymətinin 4000 dollara çatacağını gözləyir. Həmçinin "Goldman Sachs", qlobal iqtisadiyyatın vəziyyəti ilə bağlı qeyri-müəyyənlik fonunda qızılın 2025-ci ilin sonu üçün qiymət proqnozunu 3300 dollardan 3700 dollara qaldırıb. Bu gün qızılın qiyməti bir unsiya üçün 3245 dolları da keçərək rekord yeniləyib.
Qlobal investisiya bankı "Goldman Sachs" 2026-cı il üçün qızıl qiyməti proqnozunu yeniləyib.
Marja.az xəbər verir ki, "Goldman Sachs" 2025-ci ilin sonuna kimi qızılın unsiyasının qiymətinin 3700 dollara, 2026-cı ilin ortalarına qədər isə 4000 dollara yüksələcəyini gözləyir. Bu artım mərkəzi bankların güclü alışları və artan tənəzzül riskləri ilə əsaslandırılıb.
Mərkəzi bankların hər ay orta hesabla 80 ton qızıl alacağı proqnozlaşdırılırır. Əvvəlki proqnoz 70 ton idi.
Qeyd edək ki, bundan öncə "Goldman Sachs" 2025-ci ilin sonunda qızılın qiymətinin 3300 dollara çatacağını nəzərdə tuturdu.
Həmçinin, cümə günü İsveçrə bankı UBS 2025-ci il üçün qızılın qiymət proqnozunu əvvəlki 3200 dollardan 3500 dollara yüksəldib.
Qeyd edək ki, bu gün qızılın qiyməti 3245 dolları görərək yeni rekorda çatıb. Sarı metal 2025-ci ilin ötən dövründə 24%-dən çox bahalaşıb və ilin ən yaxşı performans göstərən aktivlərindən birinə çevirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
