Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı
(®) Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək bazarına qazandırılmasına da töhfə verir. Bu istiqamətdə dəstək göstərilən layihələrdən biri də Azərbaycan Biznes Keys yarışmasıdır.
Gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaları üçün real təcrübə qazandıran layihənin final mərhələsi yekunlaşdı. Layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi tərəfindən, Birbank-ın da dəstəyi ilə həyata keçirilib.
Layihənin final mərhələsi ADA Universitetində baş tutub. Tədbirin açılışında İctimai birliyin İdarə Heyətinin sədri Nəzrin Quliyeva çıxış edərək layihənin məqsədi və gənclərə təqdim etdiyi imkanlar barədə məlumat verib.
Kapital Bank-ın direktor müavini Şakir Məmmədyarov isə öz çıxışında bankın gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş fəaliyyətindən danışıb: “Bu yarışma tələbələrə nəzəri biliklərini praktikaya çevirmək fürsəti verir. Universitetdə öyrənilən iqtisadi modellər, idarəetmə strategiyaları və analiz metodları burada canlı şəkildə tətbiq olunur. Tələbələr artıq təkcə nəzəriyyə ilə kifayətlənmir, real biznes problemləri üzərində düşünür, qərar verir və bu qərarların nəticələrini analiz edirlər. Eyni zamanda bu yarışma tələbələrin özünü ifadə bacarığını, təqdimat qabiliyyətini inkişaf etdirir. Biz isə ölkənin ən böyük işəgötürən şirkətlərindən biri olaraq peşəkar, bacarıqlı və hazırlıqlı gənclərin iş dünyasına qatılmasının tərəfindəyik. Elə buna görə də bu kimi layihələrə dəstək olur, gənclərin yanında yer alırıq”.
Daha sonra final mərhəsinə vəsiqə qazanmış dörd komanda təqdim olunan tapşırıqlar üzərində hazırladıqları biznes həllərini münsiflər heyətinə və tədbir iştirakçılarına təqdim edib. Komandalar real biznes problemlərinə analitik və strateji yanaşma göstərərək innovativ təklifləri ilə seçiliblər.
Münsiflərin qiymətləndirməsinin ardından yarışmanın qalibləri bəlli olub. 3-cü yerə və 2000 AZN pul mükafatına Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən “Team 14” sahib olub. Universitetin daha bir təmsilçisi “Team 20” isə yarışmanın 2-cisi adına və 4000 AZN pul mükafatına sahib olub. Gərgin mübarizənin qalibi adını və 8000 AZN pul mükafatını isə ADA Universitetinin “Team 16” komandası qazanıb.
Qeyd edək ki, yarışmaya bu ilin yanvar ayında start verilib. Ümumilikdə 91 komanda iştirak üçün müraciət edib, onlardan 26 komanda ilkin mərhələləri keçərək Biznes Akademiyası və ABCC sessiyalarına qatılıb. Yarımfinala vəsiqə qazanan 16 komanda arasından yalnız 4 komanda final mərhələsinə yüksəlib.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
11 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
12 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
12 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı





















