Azərbaycan iqtisadiyyatı cüzi artıb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 29 milyard 892,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,5 faiz artmışdır.
ÜDM istehsalının 37 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manata bərabər olmuşdur.
2025-ci ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,5 faiz artmışdır.
Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,7 faiz, maşın və avadanlıqların istehsalı 20,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artmış, içkilərin istehsalı 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz, tütün məmulatlarının istehsalı 3,1 faiz, neft məhsullarının istehsalı 7,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,0 faiz, tikinti materiallarının istehsalı 9,5 faiz, mebel istehsalı 9,7 faiz, hazır metal məmulatlarının istehsalı 18,1 faiz, kağız və karton istehsalı 31,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 32,8 faiz, geyim istehsalı 45,3 faiz, poliqrafiya məhsullarının istehsalı isə 55,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,0 faiz artmışdır.
İNVESTİSİYALAR AZALIB
2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 467,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalmışdır. İstifadə olunmuş investisiyanın 1 milyard 814,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 970,2 milyon manatı (28,0 faizi) xidmət sahələrinə, 682,9 milyon manatı (19,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 2519,0 milyon manatını və ya 72,6 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 693,5 milyon manatı və ya 77,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
2 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
























