
Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb
Azercell-in Əlaqə Mərkəzi 2024-cü ildə telefon zəngləri, səsli virtual assistent, çat bot və onlayn çat kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə 4 milyondan çox müraciəti cavablandırıb
(®) İl ərzində Azercell-in Telefon Mərkəzi 3 milyona yaxın zəng qəbul edib. Bir zəngin orta gözləmə müddəti 35 saniyə, orta cavablama vaxtı isə 2.5 dəqiqə təşkil edib. Bu da qəbul edilmiş beynəlxalq standart ilə müqayisədə (6-7 dəqiqə) yüksək göstəricidir. Zənglər əsasən tariflər, internet paketləri, rəqəmsal xidmətlər, müştərək xidmətlərə dair məlumatlar, nömrə ilə bağlı əməliyyatlar, balans və cari kampaniyalar ilə əlaqədar olub.
Digər tərəfdən Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistent “Aicell”in müraciətləri həll etmə prosesləri də ötən il ərzində davamlı olaraq təkmilləşdirilib. Nəticədə 2024-cü ilin sonuna Telefon Mərkəzinə daxil olan müraciətlərin təxminən 17%-i operatorlara yönləndirmədən süni zəka tərəfindən cavablandırıb. Bu da öz növbəsində daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olub. Ötən il abunəçilərin “Aicell” ilə ünsiyyətə marağı daha da artaraq 78.5%-ə çatıb, botun istifadəçi istəklərini düzgün anlama səviyyəsi isə 96.6% təşkil edib.
Azercell-in rəqəmsal ünsiyyət kanalları da müştərilərlə effektiv əlaqə qurmaqda mühüm rol oynayıb. Çat mərkəzi ilboyu ümumilikdə 750 000-dən çox müraciəti cavablandırıb, bunlardan təxminən 103 000-i “Facebook” və “Instagram” üzərindən daxil olan şəxsi mesajlar təşkil edib. Fərdi müraciətlərlə yanaşı, “Facebook”, “Instagram”, “YouTube”, “LinkedIn” və “TikTok” sosial şəbəkələrində 380 000-ə yaxın müştəri şərhi də cavablandırılıb.
Ötən ilin dekabr ayında lider mobil operator telekommunikasiya bazarında daha bir ilkə imza ataraq müştəri sorğularını operativ və fasiləsiz cavablandırmaq üçün “AI Chat Bot” həllini də istifadəyə verib. “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən bu həll müştəri sorğularını 24/7 rejimində cavablandırır. Süni zəka assistentlərinin ümumi mövzularla bağlı daxil olan müraciətləri yerində cavablandırması Əlaqə Mərkəzinin təmsilçilərinə abunəçilərə daha fərdiləşmiş xidmət göstərməyə imkan verib.
2024-cü ildə Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb. Bu göstərici qəbul edilmiş beynəlxalq standard sayılan 85%-dən 10% yüksəkdir.
Azercell-in təqdim etdiyi xidmətin keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Ötən ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq Azercell “ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Qeyd edək ki, bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.
7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
2 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
3 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
8 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
8 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
8 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
