Tramp Dünyaya vergi tətbiq etdi
ABŞ prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla Dünya ölkələrinə yeni tariflər tətbiq etdiyini açıqlayıb. Tramp ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və minimum tarif dərəcəsinin 10% olacağını açıqlayıb. Çin və Avropa Birliyinə də gömrük vergisi tətbiq edilir. Tramp: "Çin ABŞ-a 67 faiz vergi tətbiq edir. Biz Çinə 34 faiz vergi tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. Avropa Birliyinə 20 faiz tarif tətbiq edirik", - deyib.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən toplantıda Dünya ölkələri üçün yeni vergi tariflərini (gömrük vergilərini və ya rüsumlarını) açıqlayıb.
Marja.az xəbər verir ki, ölkəsinə zərər verən ticarət divarlarını yıxacaqlarını bildirən Tramp, "ABŞ-ın qızıl dövrü geri qayıdır. Bu gün iqtisadi müstəqilliyimizi elan edəcəyik" deyib.
Tramp ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və minimum tarif dərəcəsinin 10% olacağını açıqlayıb. Bildirilib ki, yeni tariflər aprelin 5-dən qüvvəyə minəcək.
Tramp: "Çin ABŞ-a 67 faiz rüsum tətbiq edir. Biz Çinə 34 faiz tarif tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. Avropa Birliyinə 20 faiz tarif tətbiq edirik",- deyib.
Tramp Vyetnama 46 faiz, Yaponiyaya 24 faiz, Böyük Britaniyaya 10 faiz, Cənubi Koreyaya 25 faiz, Taylanda 36 faiz, İsveçrəyə 31 faiz, Tayvana 32 faiz, Hindistana 26 faiz, Malayziyaya isə 24 faiz tarif elan edib.
Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir.
Azərbaycan və Türkiyəyə 10 faiz gömrük rüsumu tətbiq edilir.
Meksika və Kanada Ağ Evin açıqladığı uzun tariflər siyahısından kənarda qalıb.
ABŞ prezidenti Tailand, Hindistan, Vyetnam və digər ölkələri ABŞ məhsullarına qarşı ədalətsiz tarif siyasətləri və vergi rejimlərinə görə tənqid edib.
Tramp deyib ki, qarşılıqlı tariflər "ABŞ-da daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər” yaradacaq.
Tramp çıxışında xaricdən gətirilən avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edəcəklərini xatırladıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
