Mərkəzi Bank valyuta hərracları ilə bağlı açıqlamaları “aktual hesab” etmir
Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı keçirdiyi valyuta hərraclarının nəticələrini artıq ictimaiyyətə açıqlamır.
AMB-dən bildirilib ki, fevral ayının sonunda Mərkəzi Bankın sədri mətbuat nümayəndələri ilə görüşündə bu dəyişikliklə bağlı media nümayəndələrinə məlumat verib:
"Hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur.
Eyni zamanda qeyd etmək istərdik ki, Mərkəzi Bankın hər ayın sonuna olan valyuta ehtiyatlarının səviyyəsinə dair məlumat Mərkəzi Bankın internet səhifəsində aylıq əsasda açıqlanır. Bu məlumatın ənənəvi qaydada kommunikasiyası davam etdiriləcək”.
Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları 2025-cü ilin mart ayının əvvəlinə 10 milyard 991.8 milyon ABŞ dolları təşkil etməklə öncəki ayı 0.03 faiz üstələyib. Bununla belə, bu göstərici keçən ilin dördüncü rübünün əvvəlindəki qeydə alınan 11 milyard 795.8 milyon dollardan aşağıdır.
© "Banker"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


