Dollar bir qədər bahalaşıb - Qlobal bazarlarda son vəziyyət
Bugün ABŞ prezidenti Donald Trampın yeni tariflər barədə açıqlaması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər bahalaşıb.
Trampın çərşənbə günü ticarət kəsirini azaltmaq və ölkənin emal sənayesi sektorunda əmək bazarını canlandırmaq məqsədi daşıyan yeni idxal tarifləri paketini açıqlayacağı gözlənilir. Lakin, treyderlər və ekspertlər bu tədbirlərin ölkədə inflyasiyanı sürətləndirəcəyindən ehtiyat edirlər.
Ötən gün ərzində EUR/USD valyuta cütlüyü 1.08300 səviyyəsindən 1.07780 səviyyəsinə qədər eniş göstərib. Eyni dövr ərzində GBP/USD cütlüyü isə 1.28790 həddini aşağıya doğru test edib. USD/JPY cütlüyü Yaponiyada Tankan İndeksinin dərc olunması fonunda ilk öncə 148.970 səviyyəsinə qədər ucuzlaşıb, sonra isə bahalaşaraq 149.940 səviyyəsinə qədər yüksəlib.
Mərkəzi banklar tərəfindən aktiv qızıl alışları və ABŞ-ın proteksionist siyasətinin yaratdığı geosiyasi və iqtisadi qeyri-müəyyənlik dəstəyi ilə dəyərli metalın qiyməti tarixi rekord səviyyəsini yenilədi. Ötən gün qızılın spot qiyməti 3148$ həddinə qədər bahalaşıb. ABŞ prezidentinin Rusiya və İrana qarşı səsləndirdiyi fikirlər fonunda “Brent” markalı neftin qiyməti dünən 75.10$-a qədər bahalaşıb.
Çərşənbə axşamı günü “Eurostat” tərəfindən dərc olunan məlumatlara əsasən, mart ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 2.2% artıb. Ərzaq məhsulları və enerji daşıyıcıları nəzərə alınmadan hesablanan İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI ) mart ayında 2.4%-ə qədər geriləyib. Bu, 2022-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. Aylıq ifadədə istehlak qiymətləri martda 0.6% artıb.
Həmçinin, fevral ayında Avrozonada İşsizlik Səviyyəsi 6.2%-dən 6.1%-ə qədər enib. Qeyd etmək lazımdır ki, bu, hesablamaların aparıldığı dövr ərzində ən aşağı göstəricidir. Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) isə, təqdim olunan yekun məlumatlara əsasən, mart ayında 47.6 bənd səviyyəsindən 48.6 bənd səviyyəsinədək yüksəlib.
“S&P Global”-ın verdiyi məlumata əsasən, ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi fevral ayı ilə müqayisədə mart ayında 52.7 bənd səviyyəsindən 50.2 bənd səviyyəsinədək geriləyib. Ölkənin Təchizat Menecmenti İnstitutu (Institute for Supply Management, ISM) tərəfindən açıqlanan məlumatlarda isə sənaye sektorunda PMI-ın 50.3 bənddə 49 bəndədək endiyi qeyd olunub.
Bugün investorların diqqət mərkəzində ABŞ prezidenti Donald Trampın Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq çıxışı olacaq. Eləcə də, Amerikada dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (ADP) və Sənaye Sektorunda Sifarişlərin Həcmi göstəriciləri də bazar iştirakçıları tərəfindən diqqətlə izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)





.jpg)
