Növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda təşkil olunacaq
Cari ilin 4 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda Aqrar Biznes Festivalı çərçivəsində aqrar sektorun inkişafına töhfə verən maliyyə alətlərinin müzakirəsinə həsr olunacaq “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.
Aqrar İnnovasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, panel müzakirədə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Paneldə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlətin maliyyə qurumları və ölkənin aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak edəcək. Müzakirələrdə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, maliyyə resurslarına çıxışın genişləndirilməsi və digər vacib mövzular diqqət mərkəzində olacaq. Panel çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılacaq, eləcə də onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat veriləcək.
Festival çərçivəsində baş tutacaq panel müzakirədə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər.
Qeyd edək ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 5 saat əvvəl
-
6 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)






.jpg)
