"Goldman Sachs" qızılın qiyməti üzrə proqnozu 200 dollar artırdı

ABŞ-ın qlobal investisiya bankı "Goldman Sachs" 2025-ci ilin sonu üçün qızılın qiyməti proqnozunu 3100 dollardan 3300 dollara qaldırıb.
Marja.az xəbər verir ki, Bank hədəf diapazonunu bir unsiya üçün 3250-3520 dollar arasında müəyyənləşdirib.
Eyni zamada, "Bank of America" (BofA) ABŞ-nin ticarət siyasətləri ilə bağlı qeyri-müəyyənliyin qızıl qiymətlərini dəstəkləməyə davam edəcəyini proqnozlaşdıraraq, 2025 və 2026-cı il proqnozlarını yuxarıya doğru nəzərdən keçirib. Bank 2025-ci il üçün əvvəlki 2750 dollar proqnozunu 3063 dollara, 2026-cı il üçün əvvəlki 2625 dollar proqnozunu isə 3350 dollara yüksəldib.
Mərkəzi bankların qızıla tələbatı artır
"Goldman Sachs" proqnozlarına yenidən baxılmasında əsas amillər kimi gözləniləndən daha güclü birja fondu (ETF) alışılarını və mərkəzi bankların qızıla olan tələbinin davam etməsini göstərib. Həmçinin Bank, mərkəzi bankların qızıl alışı ilə bağlı proqnozunu yuxarıya doğru nəzərdən keçirərək, əvvəlki aylıq alış proqnozunu 50 tondan 70 tona yüksəldib.
ABŞ-nin siyasətindəki qeyri-müəyyənlik qiymətlərə təsir edir
Açıqlamada, ABŞ-nin siyasətlərində artan qeyri-müəyyənliyin və Çinin qarşıdakı 3-6 il ərzində aqressiv qızıl alışlarını davam etdirəcəyi gözləntilərinin də proqnozların artırılmasına səbəb olduğu vurğulanıb.
"Goldman Sachs", qızıl ETF bazarını qiymətləndirməsində, "ABŞ üzrə iqtisadçılarımız 2025-ci ildə FED-dən 2 dəfə 0,25 bəndlik faiz endirimini və 2026-cı ilin ilk yarısında əlavə faiz endirimini gözləməyə davam edir. Bu, ETF daxilolmalarını dəstəkləyən əsas amillərdən biridir."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
