ABŞ Rusiyanın kənd təsərrüfatına qarşı sanksiyalarını ləğv etməyə hazırlaşır
Ağ Evin Ər-Riyadda ABŞ-Rusiya danışıqları ilə bağlı bəyanatında deyilir ki, ABŞ Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı üçün dünya bazarlarına yenidən çıxış əldə etməyə kömək edəcək.Ağ Evin yazılı açıqlamasında, ABŞ və Rusiya texniki heyətləri arasında 23-25 mart tarixlərində Ər-Riyadda Qara dənizdəki vəziyyətlə bağlı danışıqların nəticələri paylaşılıb.
"ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün dünya bazarına çıxışını bərpa etməyə, dəniz sığortasının xərclərini azaltmağa, bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışı yaxşılaşdırmağa kömək edəcək", - deyə məlumatda bildirilir.
Açıqlamada hər iki ölkənin Qara dənizdə təhlükəsiz səfərlərin təmin edilməsi və güc tətbiqinin aradan qaldırılması ilə bağlı razılığa gəldiyi qeyd edilərək, kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadə edilməməsi də vurğulanıb.
Tərəflərin Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların qadağan edilməsi ilə bağlı müvəqqəti atəşkəsin tətbiqi ilə bağlı razılığa gəldiyinə diqqət çəkən açıqlamada, “Üçüncü ölkələrin enerji və dəniz razılaşmalarının həyata keçirilməsini dəstəkləmək üçün xoşməramlı yanaşmaları müsbət qarşılanır" deyilir.
Həmçinin açıqlamada vurğulanıb ki, ABŞ və Rusiya “davamlı və daimi sülhün bərqərar olması” üçün səylərini davam etdirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















