"Novruz bayramı ilə əlaqədar ölkəmizə gələn turistlərin sayı ötənilkindən az olub"
“Turizm və xidmət üzrə iş Komissiyası”nın iclası keçirilibAzərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın iclası keçirilib.
Konfederasiyanın yaydığı məlumatda bildirilir ki, iclasda Komissiyanın yeni nizamnaməsi, sektorda kadrların hazırlanması ilə bağlı uğurlar barədə məlumat verilib. Xüsusən Komissiyanın xətti ilə 12 ixtisas üzrə Sumqayıtda Qastroturizm Akademiyasının yaradılması qeyd edilib.
ASK komissiyasının sədri Ruslan Quliyev, ölkəmizin turizm potensialını xaricdə tanıtmaq üçün görülən işlər və 2025-ci ildə iştirak edəcəkləri dörd beynəlxalq tədbir haqqında fikirlərini bölüşüb. O, Şərqi Zəngəzurun turizm potensialı ilə bağlı yeni bir layihənin nəzərdə tutulduğunu bildirib.
Komissiya üzvləri 2025-ci ildə sektorun vəziyyəti, qarşıdakı gözləntiləri müzakirə ediblər. Qeyd edilib ki, bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar ölkəmizə gələn turistlərin sayı ötənilkindən az olub.
Komissiyanın sədr müavini Ceyhun Aşurov regional turizmin inkişafı üçün təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün daha çox səbəblər yaratmaq lazımdır. Azərbaycanın 8 beynəlxalq hava limanından yalnız birinin – Heydər Əliyev adına Bakı hava limanının effektiv işlədiyini diqqətə çatdıraraq regionlarda aeroportların inkişafının vacibliyini qeyd edib.
Ümumilikdə isə qeyd edək ki, Azərbaycan 2024-cü ildə 2023-cü il ilə müqayisədə turizmdə 30 faiz artım əldə edib, lakin 2019-cu il səviyyəsinə çatmayıb.
Komissiya sektorun vəziyyəti ilə bağlı keçirilən sorğunun nəticələrini də açıqlayıb. Nəticələrə görə, peşəkar kadr çatışmazlığı, investisiya mühiti, vergi tənzimləmələri, turizm məkanlarının investisiya üçün açılması, maliyəyə çıxış, dövlət satınalmaları kimi məsələlər ilk sıralarda yer alır.
İclasda regionlarda bir, iki, üç ulduzlu otellərin tikilməsi üçün müvafiq investisiya mühitinə ehtiyac duyulduğu, rəsmi qeydiyyatı olmadan sosial şəbəkələr üzərindən turizm xidməti satanlara qarşı müvafiq addımların atılması da müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















