"İlon Mask bir gündə 29 milyard dollar itirib"
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask “Tesla” səhmlərinin 15,4 faiz ucuzlaşması nəticəsində bir gündə 29 milyard dollar itirib.
Bu rəqəmlər “Bloomberg” Milyarderlər İndeksində yer alıb.
Bazar ertəsi günü keçirilən ticarətin sonunda elektrikli avtomobil istehsalçısı “Tesla”nın səhmləri 15,43 faiz ucuzlaşaraq 222,15 dollara düşüb. Eyni zamanda, ilin əvvəlindən səhmlər artıq 1,8 dəfə ucuzlaşıb. Halbuki 2024-cü ildə bir səhmin qiyməti 403,84 dollar idi.
Martın 10-da ABŞ bazarlarında satışların gerilədiyi, eləcə də avtomobil istehsalçısının səhmlərinin daxil olduğu “Nasdaq Composite” texnoloji indeksinin 4 faiz ucuzlaşması müşahidə olunub. Bundan başqa, UBS analitiki bir “Tesla” səhminin hədəf qiymətini 259 dollardan 225 dollara endirib.
Nəticədə Maskın sərvəti bir gündə 29 milyard dollar azalaraq 301 milyard dollara düşüb. “Bloomberg” reytinqlərinə görə, ilin əvvəlindən milyarder sərvətinin 30,5 faizini və ya 132 milyard dollarını itirib. Maskın xalis sərvəti ötən ilin dekabrında 486 milyard dollar təşkil edərək zirvəyə çatmışdı.
Bütün bunlara baxmayaraq, amerikalı sahibkar dünyanın ən zəngin adamları arasında liderliyini qoruyub saxlayır. Siyahıda ikinci yerdə “Amazon”un qurucusu Ceff Bezos (216 milyard dollar), üçüncü yerdə isə Mark Zukerberq (211 milyard dollar) qərarlaşıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 53 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib

























