"Bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz"

2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələrək Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) təsis edilib.
AQP-nin əsas funksiyası qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, qiymətləndiricilərin daha peşəkar fəaliyyətini formalaşdırmaq və ona nəzarət etməkdir.
Marja.az xəbər verir ki, AQP "Bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz" başlıqlı məlumat yayıb.
Məlumatda bildirilir:
"AQP-nin inzibati nəzarət funksiyalarına malik olması imkan verir ki, qiymətləndirmə bazarının peşəkar və obyektiv tənzimləməsini həyata keçirə bilsin.
Eyni zamanda bu fəaliyyət şərait yaradır ki, qiymətləndirmə fəaliyyəti ilə məhz peşəkar qiymətləndiricilər məşgul olsun. Yəni bu günə qədər müəyyən mərhələlərdə qiymətləndirmə fəaliyyəti ilə müxtəlif dövlət təşkilatları, kommersiya qurumları da məşğul olublar ki, bunun da müəyyən obyektiv və subyektiv səbəbləri olub. Belə ki, qiymətləndirmə bazarında müəyyən qisim qeyri-peşəkar qiymətdiricilərin movcudluğu, işlək cəza mexanizmlərinin olmaması qiymətləndiricilərin peşəkar fəaliyyətinə şübhələr yaradıb və bir sıra təşkilatlar etibarlılıq mənasında özfəaliyyət çərçivəsində qiymətləndirmə ilə məğgul olublar.
Misal üçün, qiymətləndirmə fəaliyyəti üçün ən aktiv bazar olan bank sektorunda bır sıra banklar girov predmetlərinin dəyərləndirilməsi üçün “daxili qiymətləndirmə” deyilən fəaliyyətlə məşğul olublar. Halbuki kredit verən və girov saxlayan təşkilat olaraq maraqlı tərəf kimi özunun qiymətləndirmə aparması məntiqi və hüquqi baxımdan anlaşılan deyil.
Bankların bu fəaliyyətlə məşğul olmasına hüquq verən yeganə əsas Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”dır ki, bu da “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ziddiyət təşkil edir. Belə ki, Qaydaların 7-ci maddəsinin 7.3. baddində göstərilir ki, “təminatın qiymətləndirilməsi kreditin verilməsi prosesində iştirak etməyən bankın əməkdaşı və ya “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən qiymətləndirici tərəfindən aparılır.
Lakin təminatın qiymətləndirilməsinin bankın əməkdaşı tərəfindən aparılması “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna ziddir. Belə ki, Qanunun 1-ci maddəsində göstərilir ki, qiymətləndirmə fəaliyyəti, bu Qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir. Qiymətləndirici, bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxsdir. Qiymətləndirici təşkilat, əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsdir. Sifarişçi isə, mülkiyyətində və ya istifadəsində olan qiymətləndirmə obyektinin qiymətləndirilməsi məqsədilə qiymətləndirici və ya qiymətləndirici təşkilatla bağladığı qiymətləndirmə haqqında müqavilə əsasında qiymətləndirmə xidmətinin son istehlakçısı olan fiziki və ya hüquqi şəxsdir.
Qanunun 5-ci maddəsinin 5.3. bəndində isə konkret olaraq göstərilir ki, Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirir.
Yəni, Qanun tələb edir ki, qiymətləndirmə fəaliyyəti Qiymətləndirici tərəfindən həyata keçirilməlidir. Qiymətləndirici isə Qiymətləndiricilər Palatasının üzvü olan və müstəqil fəaliyyət göstərən fiziki şəxs və ya əsas fəaliyyət sahəsi qiymətləndirmə olan Qiymətləndirici təşkilatdır. Yəni, bu halda bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz.
Qiymətləndiricinin müstəqilliyi ilə bağlı Qanunun 15-ci maddəsində göstərilir ki, sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Bu halda da bank əməkdaşının müstəqilliyi sual altına düşür.
Həmçinin Sifarişçinin hüquqları ilə bağlı Qanunun 13-cü Maddəsində bildirilir ki, Sifarişçi qiymətləndiricini və ya qiymətləndirici təşkilatı müstəqil seçmək və onlarla qiymətləndirmə haqqında müqavilə bağlamaq, eyni zamanda qiymətləndiricidən Qiymətləndiricilər Palatasına üzvlük vəsiqəsini təqdim etməsini tələb etmək; qiymətləndirmənin nəticələri ilə razılaşmadıqda, Qiymətləndiricilər Palatasına və məhkəməyə müraciət etmək kimi hüquqlara malikdir.
Bütün bunlar isə, yenə təsdiq edir ki, bank əməkdaşının Qiymətləndirici funksiyasını icra etməsi qanuna uyğun deyil".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
- 7 d. əvvəl
-
12 d. əvvəl
Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
- 14 d. əvvəl
-
29 d. əvvəl
445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
-
33 d. əvvəl
“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
-
1 saat əvvəl
"Biləsuvar GES Azərbaycanın enerjiyə tələbatının 4-5 %-ni təmin edəcək"
-
1 saat əvvəl
ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
-
2 saat əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
2 saat əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

BOKT Qazaxda filialını açır

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
Ən çox oxunanlar

Oktyabrın 3-də gözlənilən hava şəraiti

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub
