“Minceur Form Tea” bitki çayında E.coli bakteriyası aşkarlanıb, məhv edilib
Nəzarət tədbirləri çərçivəsində "RAM Solutions" MMC-nin Türkiyədən idxal etdiyi (02.03.2024-02.03.2026-cı il istehsal tarixli, 1026 partiya nömrəli) “Deva Dünyası Gıda Kozmetik Ltd. Şti” müəssisəsinin istehsalı olan “Minceur Form Tea” (nar çiçəkli) əmtəə nişanlı bitki çayından Azərbaycan Qida Təhlükəsizli Agentliyinin (AQTA) müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Marja.az Agentliyə istinadən xəbər verir ki. sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 67,20 kq (240 qutu) bitki çayı məhv edilib.
Qeyd edək ki, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar və təhlükəli qida məhsulları ilə bağlı məlumatlar Agentliyin rəsmi saytında yerləşdirilir. İstehlakçılar “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ” və “Qida zəncirinə nəzarət” bölmələrində “Təhlükəli məhsulların reyestri” blokuna keçid etməklə müvafiq məlumatlar əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























