Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin sədri görülmüş işləri açıqladı
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirib.
NQTA tərəfindən ötən il Naxçıvanda 72 təhsil müəssisəsinin bufet və yeməkxanasında monitorinqlər aparılıb
Nəzarət tədbirləri nəticəsində 211 mindən artıq istifadəyə yararsız yumurtanın satışının qarşısı alınmış, satış yerlərindən toplanılmış və məhvetmə barədə qərar qəbul olunmuş və icra edilib. Əlavə olaraq nəzarət tədbirləri nəticəsində 1217 ədəd müxtəlif növ qida məhsulu, 12 kq istifadəyə yararsız toyuq əti dönəri, 29 kq ət və süd məhsul barədə məhvetmə qərarı qəbul olunub.
Bunu Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Agentliyin sədri qeyd edib ki, yoxlamalar nəticəsində aşkar edilmiş pozuntuların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarların yerinə yetirilməsi üzrə 42 qida obyektinə təkrar baxış keçirilib və nöqsanların aradan qaldırıldığı müəyyənləşib.
26 məktəbəqədər, 45 ümumtəhsil və 1 ali təhsil müəssisəsi olmaqla, ümumilikdə 72 təhsil müəssisəsinin bufet və yeməkxanasında monitorinqlər aparılıb. Monitorinqlər zamanı qida məhsullarının keyfiyyəti və saxlanılması ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilmiş və uyğunsuzluqlar aradan qaldırılıb.
"Muxtar respublikada ötən il istehlaka yararsız 231 min 981 ədəd, 1777,5 litr və 41 kiloqram məhsul məhv edilib"
Səfəralı Nəsirov bildirib ki, ötən il NQTA tərəfindən Naxçıvanda aparılan dövlət nəzarəti tədbirləri nəticəsində, istehlaka yararsız və saxtalaşdırılmış ümumilikdə 231 min 981 ədəd, 1777,5 litr və 41 kiloqram məhsul məhv edilib. Belə ki, saxta, keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli məhsullardan qorunmaq məqsədilə aparılan nəzarət tədbirləri çərçivəsində 341 ədəd 5 (beş) litrlik qablaşmada olan (1705 litr ) saxta zeytun yağı və 206 ədəd (51.5 litr) saxta alkoqollu içkilər aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, həmin məhsullar satışdan kənarlaşdırılıb və məhv edilib.
Agentliyin sədri əlavə edib ki, satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə monitorinqlər aparılmış və nəticədə “Enterobacteriaceae” bakteriyası aşkarlanmış 19 min 560 ədəd dondurmanın məhv edilməsi barədə qərar qəbul olunmuş və icra edilib. Həmçinin dondurma emalı müəssisələrində monitorinqlər aparılıb, 4 emal müəssisəsindən 10 halda nümunələr götürülərək keyfiyyət göstəriciləri üzrə analizlər aparılıb, 4 istehsalçıya məxsus 7 məhsulda aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunamüvafiq tədbirlər icra olunub.
Naxçıvanda ötən il sahibkarlıq sahəsində 47 plandankənar yoxlama aparılıb
Səfəralı Nəsirov bildirib ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ötən il “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla, 47 plandankənar (növbədənkənar) yoxlama aparılıb. 2024-cü ildə aparılmış yoxlama və digər nəzarət tədbirləri çərçivəsində 45 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib və qanunvericiliyə uyğun cərimə tətbiq olunub.
Agentliyin sədri qeyd edib ki, həyata keçirilmiş nəzarət tədbirləri çərçivəsində insan həyatı və sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə əlaqədar 41 sayda məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı 26 qərar qəbul edilib. Bu qərarların icrası nəticəsində həyata keçirilmiş məhdudlaşdırıcı tədbirlərin 2-si malın (mal partiyasının) dövriyyədən çıxarılması, 11-i malın (mal partiyasının) satışının qadağan edilməsi, 7-si malın (mal partiyasının) geri çağırılması, 16-sı iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 3-ü istehsalın dayandırılması, 1-i malın təkrar emalı, 1-i işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlıdır.
Naxçıvanda çörək istehsalı müəssisələrində sanitar-gigiyenik qaydaların pozulması aşkar edilib
Agentliyin sədri bildirib kiŞ Çörək istehsalı və satışı zamanı sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, 8 çörək emalı müəssisəsində çörəklərin qablaşdırılmasına başlanılıb.
O qeyd edib ki, digər müəssisələr isə qablaşdırma materiallarının hazırlanması üçün sifarişlər verib.
Müvafiq monitorinqlər çərçivəsində bu müəssisələrdə yoxlamalar aparılıb və şübhəli hallarda nümunələr götürülərək laborator analizlər edilib. Araşdırmalar zamanı üç istehsalçıya məxsus çörək məhsullarında mikrobioloji göstəricilərdə, xüsusilə kif göbələyi ilə bağlı uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilib, ciddi nöqsanlar aşkar olunub.
Nəticədə iki müəssisəyə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar verilib, üç müəssisənin fəaliyyəti isə nöqsanlar aradan qaldırılanadək müvəqqəti dayandırılıb.
Naxçıvanda 57 mindən çox qida məhsulunun etiketində uyğunsuzluq aşkarlanıb
Səfəralı Nəsirov deyib ki, Naxçıvanda Azərbaycan dilində zəruri məlumatların olub-olmaması ilə bağlı 301 qida obyektində monitorinq aparılıb. Nəticədə 57 524 ədəd müxtəlif növ qida məhsulunun etiketində Azərbaycan dilində zəruri məlumatların qeyd olunmadığı aşkarlanıb.
O qeyd edib ki, aşkar edilən nöqsanların təsərrüfat subyektləri tərəfindən aradan qaldırılması təmin edilib.
Bundan əlavə, 3 ət emalı müəssisəsində aparılan monitorinq zamanı kolbasa və sosiska məhsullarından 13 nümunə götürülərək laborator müayinələr həyata keçirilib. Müayinələrin nəticələri müsbət olsa da, müəssisələrdə bir sıra nöqsanlar aşkarlanıb və onların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.
Eyni zamanda, ticarət şəbəkələrində 12 obyektdən broyler toyuq əti məhsullarından 12 nümunə götürülüb, suyun kütlə payı və bəzi keyfiyyət göstəriciləri üzrə analizlər aparılıb. Nəticələrin müsbət olduğu müəyyən edilib.
Naxçıvanda saxta və keyfiyyətsiz məhsullara qarşı nəzarət tədbirləri gücləndirilib
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2024-cü il ərzində aparılan yoxlamalar çərçivəsində qanun pozuntularına qarşı ciddi tədbirlər görülüb. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmaqla, 47 plandankənar yoxlama həyata keçirilib.
Bunu da, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən görülmüş işlərin icra vəziyyəti, tətbiq edilən yeniliklər və əldə edilən nəticələr, eləcədə qarşıdakı hədəflərə dair mətbuat konfransında jurnalistlərə açıqlamasında Agentliyin sədri Səfəralı Nəsirov deyib.
O bildirib ki, 45 inzibati tənbehvermə haqqında qərar qəbul olunub və qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq edilib.
İnsan həyatı və sağlamlığına ciddi təhlükə yaradan hallar üzrə 41 qanun pozuntusu aşkar edilib, bununla bağlı 26 məhdudlaşdırıcı tədbir tətbiq olunub. Həyata keçirilmiş tədbirlər çərçivəsində:
• 2 halda mal (mal partiyası) dövriyyədən çıxarılıb
• 11 halda malın (mal partiyası) satışı qadağan edilib
• 7 halda malın (mal partiyası) geri çağırılması həyata keçirilib
• 16 halda iş personalının üzvləri kənarlaşdırılıb
• 3 halda istehsal dayandırılıb
• 1 halda mal təkrar emala yönəldilib
• 1 halda işlərin və xidmətlərin göstərilməsi dayandırılıb
"Bundan əlavə, yoxlamalar zamanı istehlaka yararsız və saxtalaşdırılmış 231 981 ədəd, 1777,5 litr və 41 kq məhsul məhv edilib.
Nəzarət tədbirləri çərçivəsində 341 ədəd 5 litrlik qablaşmada olan (ümumilikdə 1705 litr) saxta zeytun yağı və 206 ədəd (51,5 litr) saxta alkoqollu içki aşkarlanıb. Müvafiq qaydada həmin məhsullar satışdan çıxarılaraq məhv edilib". - deyə Agentliyin sədri bildirib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
-
-
36 d. əvvəl
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
-
58 d. əvvəl
"Microsoft" süni intellekt üçün 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
16 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti


















