Azərbaycanda ən böyük illik aqrar sığorta ödənişi məbləği qeydə alınıb
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri artır, sığortadan faydalanan fermerlərin sayı çoxalır.
Marja.az xəbər verir ki. bu, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6 milyon 423 min manat məbləğində aqrar sığorta ödənişi edilib. Bu, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46% artıb. Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 407 min manat sığorta ödənişi edilib.
2024-cü ildə fermerlərə sığorta ödənişlərindən 5 milyon 246 min manatı bitkiçilik sığortası, 1 milyon 177 min manat isə heyvandarlıq sığortası üzrə edilib. Hesabat ilində bitkiçilik sığortası üzrə ödənişlər 1,7 milyon manat və ya təqribən 50% artıb. 2023-cü ildə bitkiçilik sığortası üzrə ödənişlər 3,5 milyon manat təşkil edib.
Hesabat dövründə heyvandarlıq sığortası üzrə ödənişlər isə 267 min manat və ya 29% artıb. Belə ki, 2023-cü ildə sığortalı heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə 910 min manat ödənilib.
2024-cü ildə bitkiçilik sahəsində ən çox hadisə və sığorta ödənişləri fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə edilib. Ötən il fermer və təsərrüfatlara ən çox sığorta ödənişləri, taxıl, pambıq və qarğıdalı əkinləri ilə yanaşı, üzüm, gilas, alma, badam və ərik bağları, eləcə də çəltik və qarpız sahələri üzrə edilib. Heyvandarlıq sığortası üzrə ən çox sığorta ödənişləri isə yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancmalarına görə həyata keçirilib.
Xatırladaq ki, Aqrar Sığorta Fondu bitkiçilik və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlər, fırtına, qasırğa, dolu, şaxtavurma, yanğın, sel-subasma, 3-cü şəxslərin hərəkətləri, vəhşi heyvanların hücumu, zəhərlənmə və sair risklərdən qoruyur. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır. Nəticədə təsərrüfat sahibləri cüzi ödəniş etməklə öz təsərrüfatlarını sərfəli şərtlərlə sığorta edə bilirlər.
Hazırda meyvə bağlarının şaxtavurma və sair risklərdən sığortası davam edir və Aqrar Sığorta Fondu fermerləri sərfəli şərtlərdən istifadə etməklə öz təsərrüfatlarını sığortalamağa dəvət edir. Meyvə bağlarını, əkin sahələrini, iri və xırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























