2004-2008-ci illərdə istehsal edilmiş avtomobillər daha böyük təhlükə mənbəyidir
Ötən il Azərbaycanda ən çox sığorta hadisəsi isə 2004-2008-ci illərdə istehsal edilmiş nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.
Azərbaycanda ötən il bağlanmış sığorta müqavilərinin və baş vermiş sığorta hadisələrinin sayına görə ən yüksək göstərici bazar ertəsi gününə təsadüf edib.
Bunu İcbari Sığorta Bürosunun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən il ən çox sığorta müqaviləsi 2009-2013-cü illərdə istehsal edilmiş nəqliyyat vasitələri üzrə bağlanıb və xüsusi çəkisi 23 % təşkil edib. Ən çox sığorta hadisəsi isə 2004-2008-ci illərdə istehsal edilmiş nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.
"Avtonəqliyyat vasitələrinin istehsal ilinə görə digər statistik göstəricilərə baxsaq, orta sığorta haqqı üzrə ən yüksək göstərici 1999-2003-cü illərdə istehsal edilmiş nəqliyyat vasitələrinə aid olub və 91 manat təşkil edib. Orta sığorta ödənişi üzrə ən yüksək göstərici isə 1993-cü ildən əvvəl istehsal edilmiş nəqliyyat vasitələrinə aid olub. Sığortalıların yaş qrupları üzrə statistikası isə göstərir ki, yaşı 36-50 arasında olanların bağladığı müqavilələrin sayı daha çoxdur və hadisələrin sayı da bu yaş qrupunda daha yüksəkdir. Zərər məbləğinə gəldikdə isə ən çox ödənilən zərər məbləği kateqoriyası 1 000 manatdan aşağı olan hissəyə aiddir. Bölgələr üzrə statistikaya baxsaq, ən çox hadisə Abşeron, Sumqayıt və Bakı şəhərlərinin payına düşüb" - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
33 d. əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
1 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 4 saat əvvəl
Son Xəbərlər

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?
