Azərbaycan iqtisadiyyatı kiçilib - 1 FAZİƏ YAXIN AZALMA
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında ölkədə 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artmışdır.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olmuşdur.
2025-ci ilin yanvar ayında sənaye istehsalı
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5,5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artmışdır.
Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 31,9 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 47,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz, neft məhsullarının istehsalı 26,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,2 faiz, içkilərin istehsalı 26,0 faiz, qida məhsullarının istehsalı 24,7 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,2 faiz, tikinti materiallarının istehsalı 2,2 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, tütün məmulatlarının istehsalı 35,5 faiz, kağız və karton istehsalı 36,7 faiz, geyim istehsalı 43,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 51,5 faiz, maşın və avadanlıqların istehsalı 52,6 faiz, sair sənaye məhsullarının istehsalı 56,1 faiz, poliqrafiya məhsullarının istehsalı isə 62,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 32,4 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş investisiyalar
2025-ci ilin yanvar ayında əsas kapitala 787,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,0 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 faiz az olmuşdur. İstifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 faizi məhsul istehsalı sahələrinə, 109,8 milyon manatı (14,0 faizi) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 566,0 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 12 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 33 d. əvvəl
- 40 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
-
1 saat əvvəl
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Maaşa uyğun kredit – Expressbankda
Ən çox oxunanlar
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
İrşad-da “Yaşıl Günlər” başladı!



















.jpg)

