Azərbaycanın nar ixracından gəliri niyə azalıb?
2024-cü ildə Azərbaycan nar ixracının həcmini 2023-cü illə müqayisədə artırsa da, bu sahədən əldə etdiyi gəlir azalıb.
Bunu açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, ötən il ölkəmiz əvvəlki ilə nisbətən 18,5 % çox - 33,9 min ton nar ixrac edib, əvəzində isə 2,7 % az - 29,8 milyon ABŞ dolları gəlir əldə edib.
"Azalma əsasən Rusiya rublunun dəyərdən düşməsi, bununla da alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın nar ixracında ənənəvi bazarı Rusiyadır. İxracatçılarımız bəzən hətta məhsullarını maya dəyərindən aşağı satmalı olublar. Bundan başqa, ötən mövsümdə logistika xərcləri artıb. Son nəticədə nar ixracından gəlirimiz azalıb", - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, hazırda nar istehsalçıları ixracını şaxələndirməyə çalışır: "Bunun üçün Avropa İttifaqı və Yaxın Şərq ölkələrinə ixraca başlamışıq və böyük həcmdə məhsul satmaq potensialımız mövcuddur. Eyni zamanda Çin bazarı ilə də maraqlanırıq. Amma bu ölkəyə ixrac üçün Azərbaycanla Çin arasında qida razılaşması olmalıdır. Hazırda Çinə yalnız içki ixrac edə bilirik. Bu məsələ iki ölkənin hökumətləri arasında həll edilsə, Çin bazarı bizim üçün prioritet ola bilər”.
F.Qaraşov dövlətin nar istehsalını stimullaşdıran addımlarına böyük ümid bəslədiklərini də deyib: "Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni qərarla intensiv nar bağlarının hər hektarına görə 3 000 manat subsidiya ayrılıb. Lakin bu subsidiya yalnız 2024-cü il sentyabrın 1-dən 2025-cü il mayın 31-nə qədər salınan bağlara və müəyyən şərtləri ödəyən təsərrüfatlara şamil edilir. Üstəlik, bağlarda damcı suvarma sistemi olmalı, minimal ting sayı və digər texniki şərtlər yerinə yetirilməlidir. Birdəfəlik ödəmə ilə yanaşı illər üzrə təmin edilən subsidiya məbləğinin bir qədər artırılması düşünürəm ki, daha perspektivli olar. Çünki əkildiyi dövrdən etibarən, 3 ildən sonra məhsulun maya dəyərində nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir və bu da satış vaxtı fermerin gəlir göstəricisinə təsir edir. Bu əsasla subsidiyanın artırılması fermerlərə müsbət təsir göstərməklə yanaşı mövcud nar bağlarının bir qədər də genişləndirilməsinə səbəb olar".
Azərbaycanda nar bağlarının sahəsi 22,8 min hektardan çoxdur. Bunun 21,6 min hektarı və yaxud 94,7 %-i barverən yaşdadır. Cəmi nar bağlarının 83%-i ənənəvi, 17%-i isə intensiv bağlardır. Əsas istehsalçı rayonlar Göyçay (21,6 %), Kürdəmir (17 %), Sabirabad (7,4 %), Şəmkir (6,9 %) və Hacıqabuldur (5,6 %).
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
19 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)








.jpg)





