Tramp miqranların olduğu təyyarəni qəbul etməyən Kolumbiyaya 25 faiz rüsum tətbiq edib
ABŞ prezidenti Donald Tramp ABŞ-dan olan kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə vermədiyi üçün Kolumbiyaya tariflər və sanksiyalar tətbiq edib.Kolumbiya hökuməti ABŞ prezidenti Donald Trampın ABŞ-a ekstradisiya edilən bütün “qanunsuz əcnəbilər”in məhdudiyyətsiz və gecikmədən ölkəyə qəbulu ilə bağlı bütün şərtlərini qəbul edib.
Razılaşmadan sonra ABŞ Kolumbiyaya qarşı tarifləri və sanksiya planını dayandırıb.
Ağ Evin sözçüsü Karolin Leavitt iki ölkə arasında gərginliyə səbəb olan qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı açıqlama verib.
Leavitt Kolumbiyadan gələn bütün mallara 25 faiz gömrük rüsumunu nəzərdə tutan və bu nisbəti bir həftə ərzində 50%-ə qaldıran göstərişin "ehtiyat tədbiri olaraq saxlanılacağını və imzalanmayacağını" söyləyib.
XXX
ABŞ Prezident Donald Tramp immiqrantların deportasiyasını həyata keçirən ABŞ hərbi təyyarələrinin enişinə mane olmasından sonra Kolumbiyaya qarşı 25 faiz rüsum tətbiq edib.
Tramp Kolumbiyadan ABŞ-a gələn bütün mallara rüsumun dərhal tətbiq ediləcəyini və bir həftə ərzində rüsumun 25 faizdən 50 faizə qaldırılacağını bildirib.
Kolumbiya Prezidenti Qustavo Petro da ABŞ-a 50 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Qeyd edək ki, bu gün Kolumbiya Prezidenti Qustavo Petro ölkəyə doğru hərəkət edən miqrantları daşıyan ABŞ-a məxsus iki hərbi təyyarənin enişinə icazə verməyib. O, mülki təyyarələrlə səyahət edən repatriasiya edilmiş miqrantları qəbul etməyə hazır olduğunu bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)





.jpg)








