10 direktordan 6-sı qlobal iqtisadiyyatın böyüməsini gözləyir
PwC-nin 109 ölkədən 4701 Baş direktorun (CEO - Chief Executive Officer) iştirakı ilə apardığı araşdırmaya görə, dünya üzrə CEO-ların 60 faizi növbəti 12 ayda qlobal iqtisadi artımın sürətlənəcəyini gözləyir. Sorğuya görə, CEO-ların 42 faizi gələn il işçilərin sayını 5 faiz və ya daha çox artırmağı planlaşdırarkən, yalnız 17 faizi azalma gözlədiklərini bildirib. Araşdırmaya görə, CEO-ların 42 faizi şirkətlərinin mövcud iş modelləri ilə yaxın 10 ildə davamlı ola bilməyəcəyini düşünür. Bu vəziyyətin ən böyük səbəbi tənzimləyici mühitin dəyişməsidir.
Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında 109 ölkədən 4701 Baş direktorun (CEO- Chief Executive Officer) iştirakı ilə keçirilən PwC-nin "28-ci Qlobal CEO Sorğusu"na əsasən, dünya üzrə CEO-ların 60 faizi növbəti 12 ayda qlobal iqtisadi artımın sürətlənəcəyini gözləyir.
Marja xəbər verir ki, sorğuya görə, CEO-ların 42 faizi işçilərin sayını 5 faiz və ya daha çox artırmağı planlaşdırarkən, yalnız 17 faizi azalma gözlədiklərini bildirib. Bu nisbət texnologiya (61 faiz), daşınmaz əmlak (61 faiz), özəl kapital (52 faiz) və əczaçılıq və həyat elmləri (51 faiz) sektorlarında daha yüksəkdir.
Makroiqtisadi risklər və regional fərqlər
Araşdırmada iştirak edən CEO-lar qlobal iqtisadiyyata nikbin baxsalar da, makroiqtisadi dalğalanmalar (29 faiz) və inflyasiya (27 faiz) bütün dünyada ən böyük risklər sırasındadır. Regional səviyyədə fərqlər diqqəti cəlb edir: Yaxın Şərqdə ən böyük risk geosiyasi münaqişələrdir (41 faiz), Qərbi Avropada isə kibertəhlükəsizlik (27 faiz) ön plandadır. Afrikada inflyasiya (39 faiz) ən böyük narahatlıq doğursa da, Şimali Amerika və Asiya-Sakit okean regionlarında risklər qlobal orta göstəricilərə uyğundur.
Araşdırmaya görə, CEO-ların 42 faizi şirkətlərinin mövcud iş modelləri ilə yaxın 10 ildə davamlı ola bilməyəcəklərini düşünür. Bu vəziyyətin ən böyük səbəbi tənzimləyici mühitin dəyişməsidir. Bununla belə, şirkətlərin 63 faizi son beş ildə dəyər yaratma proseslərində ən azı bir əhəmiyyətli dəyişiklik həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
