“Fitch Ratings”dən Azərbaycanda iqtisadi artım barədə proqnoz
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Bu barədə agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.
“Fitch” qeyd edib ki, Qarabağın bərpasının müsbət təsiri və neft hasilatının azalmasının ləngiməsi səbəbindən 2024-cü ildə iqtisadi artım 4.1%-ə kimi yüksəlib.
Reytinq agentliyi 2025-ci ildə ölkə iqtisadi artımın 3% və 2026-cı ildə isə 2.4% təşkil edəcəyini proqnozlaşdırıb. Bu artım yenə də əsasən dövlət investisiyası hesabına baş verəcək.
“Neft sektorunun çəkisi əvvəlki illərə nisbətən azalacaqdır, çünki yeni neft hasilatı azalmanın sürətini yavaşıda bilər və təbii qaz hasilatı yüksək olacaqdır. İqtisadi diversifikasiyaya doğru irəliləyiş dövlətin böyük iştirakı, əlverişli maliyyələşmə imkanlarının məhdudluğu, idarəetmə problemləri və aşağı qeyri-enerji xarici investisiyaları ilə məhdudlaşdırılır”- reytinq agentliyi əlavə edib.
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
“Fitch": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanın cari hesab profisiti iki dəfə azalaraq ÜDM-in 6,5 %-nə düşsə də, bu, yenə də “BB” kateqoriyalı ölkələr arasında ən yüksək göstəricidir.
Agentlik qeyd edib ki, neft qiymətlərinin azalmasına baxmayaraq, ölkə 2025-2026-cı illərdə ÜDM-in 6,2 %-i səviyyəsində nisbətən yüksək cari hesab profisitini qoruyacaq. Bu, neft və qaz gəlirlərinin ümumi ixracın 89 %-ni təşkil etməsinə baxmayaraq, valyuta aktivlərinin mülayim səviyyədə yığılmasını dəstəkləyəcək.
“Fitch”in təhlilinə görə, Azərbaycanın konsolidə edilmiş büdcə profisiti 2024-cü ildə əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 1 %-nə düşəcək (2023-cü ildə bu rəqəm ÜDM-in 7,8 %-i idi). Bu azalma əsasən xərclərin kəskin artması ilə bağlıdır və qismən qeyri-neft gəlirlərinin artması, eləcə də AzərbaycanDövlət Neft Fondunun (ARDNF) aktivlərindən gələn gəlirlər hesabına kompensasiya olunur.
“2025-2026-cı illərdə konsolidə edilmiş büdcə profisitinin sabit qalacağı gözlənilir. Neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, qeyri-neft gəlirlərinin artması, o cümlədən pandemiya dövründə tətbiq edilən vergi güzəştlərinin ləğvi, büdcənin dayanıqlığını təmin edəcək. Qarabağla bağlı xərclərin azalacağı ehtimal olunsa da, sosial ödənişlər və müdafiə xərcləri büdcəyə təzyiqi davam etdirəcək ki, bu da dövlət xərclərinin əhəmiyyətli azalmasına mane olacaq”- “Fitch” əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
31 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
47 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
51 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























