Azərbaycanda daha bir bankın böyüklüyü 2 milyard manat səviyyəsini keçib
Ötən il "Azər-Türk Bank"ın cəmi aktivləri 1 milyard manatdan çox artaraq 2 milyard manat səviyyəsini aşıb. Sürətlə böyümənin mənbəyi hüquqi şəxslərin depozitləri üzrə Banka böyük məbləğdə vəsaitin daxil olmasıdır.
Səhmlərinin nəzarət paketi Azərbaycan dövlətinə məxsus olan "Azər-Türk Bank" ASC 2024-cü ili 21 milyon 308 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 14 milyon 41 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 7 milyon 267 min manat və ya 51.7% (1,5 dəfə) artıb.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Azər-Türk Bank" cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ildə 92 milyon 563 min manat ikən, 2024-cü ildə 146 milyon 465 min manat təşkil edib (53 milyon 902 min manat və ya 58,2% artıb).
Ötən il "Azər-Türk Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 352 milyon 494 min manat və ya 78,8% artaraq 799 milyon 893 min manata çatıb.
"Azər-Türk Bank"ın cəmi aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü il ərzində 1 milyard 88 milyon 791 min manat və ya 2,1 dəfə artaraq 31 dekabr 2024-cü il tarixində 2 milyard 84 milyon 327 min manata çatıb. Bank 2023-cü ilin sonunda 995 milyon 536 min manat, 30 sentyabr 2024-cü il tarixində 1 milyard 548 milyon 469 min manat cəmi aktivlərə malik idi.
Ötən il "Azər-Türk Bank"ın cəmi depozit portfeli 3 dəfə və ya 975 milyon 380 min manat artaraq 1 milyard 459 milyon 966 min manata yüksəlib. Bankda hüquqi şəxslərin depozitləri 4,6 dəfə və ya 976 milyon 685 min manat artaraq 1 milyard 246 milyon 839 min manata çatıb.
31 dekabr 2024-cü il tarixində "Azər-Türk Bank" 98 milyon 876 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 78 milyon 437 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
