PAŞA Kapital-dan 12.5% gəlirli Ferrum Kapital istiqrazları
(®) PAŞA Kapital, 2017-ci ildən fəaliyyət göstərən və “AGA Şirkətlər Qrupu”nun ayrılmaz hissəsi olan Ferrum Kapital-ın 1 milyon AZN həcmində istiqrazlarının ilkin yerləşdirilməsini elan edir.
Ümumi sayı 1.000 ədəd olan istiqrazlar, 26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjası (BFB) tərəfindən Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilmişdir.
İstiqrazların əsas xüsusiyyətləri:
✓ Nominal dəyər: 1.000 AZN;
✓ Gəlirlilik faizi: İllik 12.5%;
✓ Faiz ödənişi: Rüblük;
✓ Tədavül müddəti: 24 ay;
✓ Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş;
✓ Yerləşdirilmə üsulu: rəqabətli hərrac.
"Gələcəyə dəmir bünövrə" şüarı ilə təqdim edilən bu istiqrazlar, potensial investorlara stabil yüksək faizli gəlir qazandıraraq gələcək maliyyə planları üçün sağlam özül yaradır. Tədavül müddətinin 24 ay olması, həmçinin orta və uzunmüddətli investisiya fürsəti axtaran bazar iştirakçıları üçün geniş fürsətlər təqdim edir.
İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinə müraciət edərək, 31 yanvar 2025-ci il tarixində keçiriləcək rəqabətli hərracda iştiraklarını təmin etmələri mümkündür.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
16 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
-
26 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























