“Veysəloğlu”dan saxta məlumatla bağlı rəsmi açıqlama
“Veysəloğlu” MMC distribusiyasını həyata keçirdiyi Red Bull markası ilə bağlı yayılan yanlış məlumatlara dair rəsmi açıqlama yayıb.
Şirkət bildirir ki, son dövrlərdə müxtəlif sosial şəbəkələrdə Red Bull brendi adından saxta postlar paylaşılır:
“Bu paylaşımlarda Red Bull adından istifadə edərək endirim kampaniyalarının keçirildiyi göstərilir və əsassız foto və videomateriallar təqdim olunur, bank kartı məlumatları istənilir”.
Açıqlamada qeyd olunur ki, Red Bull markası ilə bağlı məlumatlar ancaq rəsmi social şəbəkələrdə (https://www.instagram.com/redbullaz/ və https://www.tiktok.com/@redbullaz ) və saytda (redbull.az) elan paylaşılır.
Şirkət vətəndaşlardan xahiş edir ki, Red Bull markasına aidiyyəti olmayan səhifələrdə yayılan saxta məlumatlara etibar etməsinlər, hər hansı bank məlumatlarını ötürməsinlər. Eyni zamanda, belə təxribatlar törədən şəxslərin hüquqi məsuliyyətə cəlb ediləcəyi vurğulanıb.
Bu cür elanların düzgünlüyünü yoxlamaq üçün yalnız rəsmi mənbələrə müraciət etmək tövsiyə olunur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)








.jpg)








